Su Təmizləmə Avadanlıqlarının Montaj Ustası
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
İş şəraiti**:**
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam ştat
Əmək haqqı: razılaşma yolu ilə
Şirkət haqqında:
Aqualink MMC su mühəndisliyi, çirkab suyun təmizlənməsi, infrastruktur layihələri və texniki xidmət sahəsində fəaliyyət göstərən inteqrə olunmuş EPC şirkətdir.
Vəzifə öhdəlikləri:
Avadanlıqların çertyoj və sxemlər əsasında yığılması
Nasosların, filtrlərin, boru xətlərinin və armaturanın montajı
Əks osmos (RO) membranlarının dəyişdirilməsi
Filtr balonlarında yüklərin dəyişdirilməsi (kvars, qum, aktiv kömür, qatran və s.)
Santexnik işlərin yerinə yetirilməsi
Avadanlıqların işə salınması və sazlanmasında iştirak
Texniki servis və baxış işlərinin aparılması
Filtr klapanlarının və kontrollerlərin baza səviyyədə sazlanması
Tələblər
Su təmizləmə və ya su hazırlama avadanlıqları ilə iş təcrübəsi
Çertyoj və sxemləri oxuma bacarığı
Montaj, servis və texniki qulluq sahəsində praktik bacarıqlar
Məsuliyyətli, diqqətli və səliqəli olmaq
Müraciət üçün: CV-nizi göstərilən elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur.
Necə Müraciət Etmək Olar
Aqualink MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14341
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə