Strategiya üzrə baş mütəxəssis
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 28 may 2026
Təsvir
Rolun məqsədi:
Bankın strategiyasının hazırlanması, icrası və monitorinqini dəstəkləmək, biznes prioritetləri və maliyyə hədəfləri ilə uyğunluğu təmin etmək
Əsas vəzifələr:
Bazar, rəqiblər və daxili analizlərin aparılması
Bank sektorundakı trendlərin izlənməsi
Biznes analizlərin edilməsi (Maliyyə departamenti ilə birgə)
Analizlərin aydın və konkret tövsiyələrə çevrilməsi
Orta və uzunmüddətli strategiyanın hazırlanmasına dəstək
Strateji təşəbbüslərin müəyyənləşdirilməsi
İllik planlaşdırma və KPI-ların izlənməsi
Strateji təşəbbüslərin qiymətləndirilməsi
Transformasiya və innovasiya təşəbbüslərinə dəstək (AI, rəqəmsallaşma və s.)
Tələblər
Təhsil:
İqtisadiyyat, maliyyə, biznes və ya oxşar sahə üzrə bakalavr və ya magistr təhsilinə üstünlük verilir
Təcrübə:
Strategiya, konsaltinq və ya bank sahəsində 3–6 il təcrübə
Bacarıqlar:
Güclü analitik və problem həll etmə bacarıqları
Maliyyə modelləşdirmə və məlumat analizi (Excel – yüksək səviyyə)
Bank biznes modellərini anlama
Rəhbərliklə effektiv ünsiyyət bacarığı
Texniki bacarıqlar:
Excel və PowerPoint (yüksək səviyyə)
SQL, Tableau və digər data alətləri – üstünlükdür
Bankçılıqda AI anlayışı – üstünlükdür
Dil bilikləri:
Azərbaycan dili - səlis
Rus dili - yaxşı
İngilis dili - səlis
Necə Müraciət Etmək Olar
Yelo Bank ASC
Finance
Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17486
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+