Steward Supervisor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 may 2026
Son Tarix: 30 may 2026
Təsvir
Ünvan: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Hotel mətbəxində bütün qab-qacaq, qazan, tava, alət və avadanlıqların operativ şəkildə təmizlənməsi və sanitar vəziyyətdə saxlanılması.
Gündəlik təmizlik planına uyğun olaraq mətbəxin bütün sahələrinin (iş sahələri, zemin, divarlar, soyuducular, anbar və tullantı zonası) təmizliyinin təmin edilməsi.
Sənaye tipli qabyuyan avadanlıqlardan düzgün istifadə etmək, onların gündəlik texniki vəziyyətini yoxlamaq və hər hansı nasazlıq barədə rəhbərliyə məlumat vermək.
Qida tullantılarının düzgün çeşidlənməsi, təhlükəsiz şəkildə uzaqlaşdırılması və hotelin tullantı idarəetmə qaydalarına riayət edilməsinə nəzarət etmək.
Sanitar və gigiyenik standartlara (HACCP və yerli Qida Təhlükəsizliyi tələbləri) tam uyğunluğun təmin olunması.
Mətbəx komandasının fasiləsiz işləməsi üçün təmiz, nizamlı və hazır iş mühitinin davamlı şəkildə qorunması.
Gündəlik və həftəlik dərin təmizlik planlarına uyğun işlərin yerinə yetirilməsi və müvafiq qeydiyyatın aparılması.
Mətbəx stansiyalarına və avadanlıqlara uyğun olaraq kimyəvi təmizləyici vasitələrdən düzgün və təhlükəsiz istifadə edilməsi və işçilərə təlimlərin təşkil edilməsi
Qabyuyanların cədvəlinin tərtib edilməsi və həftəlik təlimlərin keçirilməsi.
Tələblər
Müvafiq vəzifə üzrə minimum 1-2 il iş təcrübəsi.
Dəqiqlik, təmizkarlıq və yüksək məsuliyyət hissi.
Əlavə imkanlar:
Mehriban və peşəkar kollektiv
Karyera inkişaf imkanı
İş şəraiti
İş yeri: Midtown Hotel Baku, Samad Vurgun 103
İş qrafiki: Tam iş günü / növbəli
Əmək haqqı: Razılaşma yolu ilə
Əlaqə: 055 233 01 41
Namizədlərdən öz CV-lərini “Steward Supervisor” başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur..
Necə Müraciət Etmək Olar
Midtown Hotel Baku
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15587
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə