SMM Menecer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
Nafta Sanatoriumun sosial media hesablarının effektiv idarə olunmasına, gələn mesaj və şərhlərin cavablandırılmasına, postlar və reklam kontentlərinin yaradılmasına, həmçinin şirkət, prosedur və yeniliklərin izləyicilərə düzgün şəkildə çatdırılmasına nəzarət məqsədilə SMM Menecer vəzifəsinə işçi tələb olunur.
Əsas vəzifə:
Sosial şəbəkələrdə (Instagram, Facebook və s.) daxil olan mesaj və şərhlərin cavablandırılmasına nəzarət etmək
Qonaqlara sanatoriya xidmətləri barədə dəqiq və nəzakətli məlumat verilməsini təmin etmək və nəzarət etmək
Müraciətlərin aidiyyəti şöbələrə yönləndirilməsini təmin etmək
Postlar, story-lər, reels və reklam məzmunlarının yaradılmasına nəzarət (mətin və vizual daxil olmaqla)
Kompaniya, prosedur və yenilikləri izləyicilərə effektiv şəkildə çatdırılmasını təmin etmək
Yazışmalar üzrə sadə hesabatların aparılması
Nəzarət funksiyası: SMM menecer olaraq, sosial media fəaliyyətlərinin düzgünlüyünü izləmək, komanda və ya əməkdaşlar tərəfindən yaradılan kontentə nəzarət etmək
İş əsasən uzaqdan idarə olunur, fiziki ofisdən asılı deyil
Ayda bir neçə dəfə sanatoriyaya gələrək şirkət, prosedurlar və iş proseslərindəki yenilikləri öyrənəcək və tətbiq edəcək
Tələblər
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
İngilis dili arzuolunandır
Yazılı və şifahi ünsiyyət bacarığı yüksək olmalı
Müştəriyönümlü və səbirli ünsiyyət tərzi
Sosial şəbəkələrlə işləmə bacarığı
Kreativ düşüncə və kontent yaratmaq bacarığı
Məsuliyyətlilik və diqqətlilik
Üstünlükdür:
SMM və xidmət sahəsində iş təcrübəsi: Namizədin otel, sanatoriya, xidmət və ya müştəri xidməti sahəsində iş təcrübəsi olması, sosial media idarəetməsində praktik biliklər və müştəri yönümlü ünsiyyət bacarığı onun işi daha effektiv və hazır etməsinə imkan verir.
Canva, Photoshop, CapCut və ya digər kontent hazırlama proqramlarını bilmək
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə sənədləşmə
Yaradıcılığınızı göstərə biləcəyiniz çevik və dəstəkləyici iş mühiti
Əməkhaqqı və bonus sistemi-sabit maaş+performansa görə bonuslar.
Əmək haqqı: Namizədin bu sahədəki təcrübə və fəaliyyətinə əsasən müsahibədən sonra bildiriləcəkdir.
Maraqlanan namizədlər CV-lərini “SMM Menecer” başlığı ilə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4881
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə