Smetaçı / Tikinti və Təmir İşləri üzrə Mühəndis
Bakı
Tam Ştat
Orta Səviyyə
1.000 - 1.200 AZN
Yerləşdirilib 19 may 2026
Son Tarix: 27 iyun 2026
Təsvir
Rəsmi iş; 09:00 dan - 18:00 dək
Sabit əmək haqqı;
Peşəkar komanda ilə işləmək imkanı;
Tikinti, təmir və servis layihələrində praktiki təcrübə qazanmaq imkanı;
Karyera inkişafı perspektivi.
Şəxsi keyfiyyətlər
Məsuliyyətli və intizamlı;
Analitik düşüncəyə malik;
Sürətli və dəqiq işləmə bacarığı;
Problemləri yerində analiz edib həll təklif etmə bacarığı;
Komanda ilə koordinasiyalı işləmə bacarığı;
Müştəri yönümlü yanaşma;
Təşəbbüskar və nəticəyə fokuslanmış.
Üstünlük veriləcək namizədlər
Tikinti sahəsində sahə mühəndisi, smetaçı və ya layihə mühəndisi kimi çalışmış namizədlər;
Fit-out, təmir, ofis, supermarket və kommersiya obyektləri üzrə təcrübəsi olanlar;
Tender sənədləri və kommersiya təklifləri hazırlamaq təcrübəsi olanlar;
Material və işçilik qiymətlərini real bazar şəraitinə uyğun hesablaya bilənlər;
Müxtəlif iş növləri üzrə — tikinti, elektrik, santexnika, mexanika, havalandırma, alçıpan, boya, döşəmə, tavan və digər sahələr üzrə ümumi anlayışı olanlar.
İş haqqında
Tikinti mühəndisliyi, memarlıq, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil;
Tikinti, təmir, fit-out və ya MEP sahəsində iş təcrübəsi;
Smeta, BOQ və kommersiya təkliflərinin hazırlanması üzrə praktiki bilik;
Tikinti materialları, işçilik normaları və bazar qiymətləri barədə məlumatlı olmaq;
Layihə sənədlərini, çertyojları və texniki tapşırıqları oxuma bacarığı;
Obyektə çıxış edib ölçü götürmək və iş həcmini yerində müəyyən etmək bacarığı;
Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
AutoCAD bilikləri üstünlükdür;
Tikinti və təmir proseslərini praktiki olaraq başa düşmək;
Qiymət analizi və xərc hesablaması bacarığı;
Diqqətli, məsuliyyətli və detallara önəm verən olmalı;
Komanda ilə işləmə və müştərilərlə düzgün ünsiyyət qurma bacarığı;
Vaxtında və dəqiq hesabat təqdim etmək bacarığı;
Azərbaycan dili mükəmməl, rus və ingilis dili bilikləri üstünlükdür.
Tələblər
Tikinti və təmir obyektlərinə yerində baxış keçirilməsi;
Obyekt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərin müəyyən edilməsi;
Sifarişçi tərəfindən təqdim olunan texniki tapşırıq, layihə, BOQ və digər sənədlərin araşdırılması;
Tikinti, təmir, fit-out, elektrik, mexanika, santexnika və digər işlər üzrə həcmlərin hesablanması;
Smeta və qiymət təkliflərinin hazırlanması;
Material, əmək haqqı, avadanlıq, nəqliyyat və digər xərclərin hesablanması;
Layihə üzrə kommersiya təkliflərinin hazırlanması;
Texniki təkliflərin, iş həcmlərinin və metodologiyanın hazırlanmasında iştirak;
Müştərilərlə texniki məsələlər üzrə ilkin müzakirələrin aparılması;
Təchizatçılardan və subpodratçılardan qiymət təkliflərinin toplanması və müqayisə edilməsi;
Alternativ material və həllərin təklif edilməsi;
Layihə rəhbəri və icra komandası ilə birlikdə iş həcmlərinin dəqiqləşdirilməsi;
Tender sənədlərinin hazırlanmasında iştirak;
BOQ cədvəllərinin hazırlanması və yoxlanılması;
İşlərin icra müddəti, resurs ehtiyacı və texniki yanaşma üzrə ilkin planlamanın aparılması;
Tikinti sahəsində ölçülərin götürülməsi və faktiki iş həcmlərinin hesablanması;
Müştəri tələblərinə uyğun olaraq təkliflərin yenilənməsi və düzəlişlərin edilməsi;
Layihə icrası zamanı faktiki görülmüş işlərin smeta ilə müqayisə edilməsi;
Aktların, görülmüş iş həcmlərinin və hesabatların hazırlanmasında iştirak;
Şirkətin daxili qiymət bazasının yenilənməsi və saxlanılması;
Görüləcək işlər üzrə risklərin və əlavə xərclərin əvvəlcədən müəyyən edilməsi;
Tikinti normaları, texniki standartlar və müştəri tələblərinə uyğun işləmək;
Rəhbərliyin verdiyi digər texniki və kommersiya tapşırıqlarını icra etmək.
Necə Müraciət Etmək Olar
Elem İnshaat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16881
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə