Smetaci

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 19 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;

  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;

  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;

  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;

  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;

  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;

  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;

  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;

  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;

  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;

  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;

  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;

  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;

  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;

  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;

  • Smetaların bazar qiymətləri ilə hesablanması;

  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);

  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.

  • Tələblər:

  • Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;

  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;

  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;

  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;

  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır

  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+

  • Analitik düşüncə tərzi,

  • Dəqiqlik, operativlik.

Digər şərtlər:

  • Əmək haqqı: 1500-2500 (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);

  • İş qrafiki 5 günlük, 09.00-18.00;

  • Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını (Smetaci) yazmaqla göstərilənelektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3394

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sənəd nəzarətçisi

Tam Ştat

Vəzifə funksiyaları üzrə gözləntilər (tələblər): Şirkətin satınalma fəaliyyətləri üzrə bütün müqavilə və əlavə razılaşmaların hazırlanması, redaktə edilməsi, uyğunlaşdırılması və rəsmiləşdirilməsi; Podratçı və təchizatçılarla qiymət, şərtlər, məsuliyyət maddələri və cərimələr üzrə razılaşmaların koordinasiyası; Mövcud müqavilələrin icra vəziyyətinin izlənilməsi, müddətlərin və öhdəliklərin nəzarətdə saxlanılması; Müqavilələrin elektron sistemlərdə qeydiyyatı, yenilənməsi, arxivləşdirilməsi və məlumat bazasının yenilənməsi; Daxili prosedur və siyasətlərə uyğun şəkildə sənəd dövriyyəsinin təşkili; Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq; Satınalma və logistika departamentinə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə ötürülməsi. Vəzifə və Öhdəliklər: Ali təhsil Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint); Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi; Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı; Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları; Azərbaycan dili mükəmməl, ingilis dili peşəkar, rus dili arzuolunandır. Digər şərtlər: Əmək haqqı: 500-1000 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir); İş qrafiki 5 günlük, 09.00-18.00; Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN Biznes Mərkəzi Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını (Sənəd nəzarətçisi) yazmaqla qeyd olunanelektron ünvanına göndərmələri xahiş olunur.

Bakı

Anbardar

Tam Ştat

Vəzifə öhdəlikləri Mal və materialların anbarda sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək. Saxlanma rejimi, təhlükəsizlik və salamatlıq şərtlərinə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasına nəzarət etmək. Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbar stokunda yoxlama aparmaq və yalnız mövcudluq təsdiqləndikdən sonra 1C proqramı və ya elektron məktub vasitəsilə buraxılışını icra etmək. Sifariş edilən mal anbar stokunda yoxdursa, bu barədə dərhal təchizat şöbəsinə məlumat vermək. Anbara daxil olan mal-materialın elektron qaimə və ya hesab-faktura ilə uyğunluğunu yoxlamaq və sayımda iştirak etmək. Rəsmiləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvilinə nəzarət, müvafiq hesabatların hazırlanması. Anbarda yanğına qarşı ləvazimatların olması və işlək vəziyyətdə olması, avadanlıqların vəziyyətinə və vaxtında təmirinə nəzarət. Köhnəlmiş, zərər görmüş və yararsız malların müəyyən olunması və bu barədə rəhbərliyə hesabat təqdim edilməsi. Mal və materialların inventarizasiyasının planlaşdırılması, təşkili və icrasında iştirak. Əmtəə-maddi sərvətlərin inventarlaşma proseslərində aktiv iştirak etmək. Texniki biliklər: Anbarda təhlükəsizlik qaydaları və yanğından mühafizə normaları barədə məlumatlı olmalıdır. Anbarda avadanlıq və materialların saxlanma şərtləri və standartlarını bilməlidir. Azərbaycan Respublikası Mülki Hüquq, Əmək, Maliyyə və Təsərrüfat qanunvericiliyinin əsasları üzrə ümumi biliklərə malik olmalıdır. Qaimə-faktura, təhvil-təslim sənədləri və mədaxil-məxaric sənədləri üzrə məlumatlı olmalıdır. Anbar təsərrüfatının təşkili ilə bağlı əsasnamə, təlimat və digər normativ sənədləri oxuya və tətbiq edə bilməlidir. Mal-material qiymətlilərinin sistematika üzrə yerləşdirilməsi qaydalarını bilməli və tətbiq etməyi bacarmalıdır. Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası üzrə normativ tələblərə ciddi riayət etməlidir.

Elektrik mühəndisi (ofis)

Tam Ştat

Vəzifə öhdəlikləri Bakalavr və ya magistr dərəcəsi – Elektrik mühəndisliyi, elektrotexnika və ya əlaqəli sahədə. Elektrik dövrələri və sistemləri üzrə biliklər Proqram təminatı / dizayn alətləri və  mühəndislik proqramlarında işləmə bacarığı. Normativlər və təhlükəsizlik standartları haqqında biliklər. Bacarıqlar və Təcrübə: Layihələndirmə və analiz – Elektrik sistemlərinin layihələndirilməsi və optimallaşdırılması. Problemlərin həlli və analitik düşüncə – Elektrik mühəndisliyi problemlərinə yaradıcı və effektiv həll yollarının tapılması. Test və diaqnostika bacarıqları – Elektrik avadanlıqlarının və sistemlərinin test edilməsi və texniki nasazlıqların aradan qaldırılması. Komanda ilə iş və ünsiyyət – Digər mühəndislər, texniki heyət və müştərilərlə effektiv əməkdaşlıq. Proqramlaşdırma və avtomatlaşdırma – PLC, SCADA və digər idarəetmə sistemlərindən anlayış. Məsuliyyətlər: Elektrik sistemlərinin layihələndirilməsi və inkişaf etdirilməsi. Elektrik avadanlıqlarının quraşdırılması, istismarı və texniki xidməti. Təhlükəsizlik standartlarına və normativlərə uyğun işlərin aparılması. Layihələrin planlaşdırılması və büdcələndirilməsi. Elektrik şəbəkələrinin və enerji paylama sistemlərinin analizi və optimallaşdırılması. Texniki hesabatların və sənədlərin hazırlanması. Digər şərtlər: Əmək haqqı: 1500-2500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir); İş qrafiki 5 günlük, 09.00-18.00; Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını (Elektrik mühəndisi ofis) yazmaqla qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.