Smeta və xərclərə nəzarət üzrə aparıcı mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 23 yanvar 2026
Təsvir
Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə smeta sənədlərinin hazırlanmasına və prosesə rəhbərlik etmək
Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə tərtib olunmuş, təsdiq edilmiş smeta və texniki sənədlərin təhlilini aparmaq
MEP sahəsinə aid iş həcmlərinin analizini həyata keçirmək və nəticələrə nəzarət etmək
Layihə və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək, aradan qaldırılması üçün təkliflər vermək
Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılmasına rəhbərlik etmək və rəy/arayışların hazırlanmasını təmin etmək
Layihəyə əsasən iş həcmlərinin çıxarılmasına nəzarət etmək
Layihələr üzrə büdcə risklərini analiz etmək və rəhbərliyə hesabat təqdim etmək
Smetaya uyğun texniki və maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək
Təklif və razılaşma qiymətlərinin hesablanmasını analiz etmək, yekun smeta sənədlərini formalaşdırmaq
İnşaat və texniki şöbələrdən daxil olan məlumatların maliyyə baxımından təhlilini aparmaq və əlaqəli tərəfdaşlarla koordinasiyanı təmin etmək
Layihə icrası zamanı dəyişikliklərə uyğun olaraq smeta sənədlərinə düzəlişlərin edilməsinə rəhbərlik etmək
Layihə-smeta sənədlərinin vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək
Layihələr üzrə aylıq texniki və maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək (Forma 2, Forma 3, xərc analizi və s.)
Podratçıların təqdim etdiyi yerinə yetirilmiş iş aktlarını və hesabatları yoxlamaq və təsdiqləmək
Sahələrdən daxil olan texniki hesabatların ümumi yoxlanışını və yekun analizini aparmaq
Smeta mühəndislərindən ibarət komandanın işinə rəhbərlik etmək və metodiki dəstək göstərmək
Tələblər
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (o cümlədən aparıcı və ya senior vəzifədə təcrübə arzuolunandır)
Microsoft Office (MS Word, MS Excel, MS Outlook), AutoCAD proqramlarını yüksək səviyyədə bilmək
Müvafiq sahə üzrə ali təhsil
Analitik düşünmə, planlaşdırma və qərarvermə bacarıqları
Müvafiq normativ-hüquqi aktları, tikinti norma və qaydalarını yaxşı bilmək
Komanda idarəetmə və koordinasiya bacarıqları
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi
Nahar fasiləsi: 13:00 – 14:00
Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
CV-lərin göstərilən elektron poçt ünvanına mövzu yerində "Smeta və xərclərə nəzarət üzrə aparıcı mühəndis” başlığı yazmaqla göndərilməsi xahiş olunur.
**Qeyd:**Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
ModulX
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3586
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə