Ana Səhifə
Vakansiyalar

Sistem üzrə memar (Sistem arxitektoru)

Sistem üzrə memar (Sistem arxitektoru)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 15 fevral 2026

Təsvir

Struktur bölmə: Həllərin dizaynı, tətbiqi və mühəndislər şöbəsi

Funksional tabeçilik: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

  • Satışöncəsi mərhələdə texniki layihələndirməyə rəhbərlik edir, Yüksək Səviyyəli Dizayn (HLD) sənədlərini hazırlayır, yüklərin hesablanmasını aparır və miqyaslana bilən, çevik və dayanıqlı optimal arxitektura həllərini müəyyən edir.

  • Dell, Huawei (əsas vendor), eləcə də HPE, Cisco, Lenovo və SuperMicro məhsul xətləri üzrə dərin texniki ekspertizaya malikdir, avadanlıq və proqram təminatı üzrə spesifikasiyalar (BOM) hazırlayır.

  • Server avadanlıqları, məlumat saxlama sistemləri (Storage), hiperkonvergent infrastruktur (HCI) və ehtiyat nüsxələmə sistemləri (BRS) üzrə müştəri tələblərinə uyğun kompleks həllər formalaşdırır.

  • Əməliyyat sistemlərinin, virtuallaşdırma platformalarının və sistem proqram təminatının (Dell, HPE, Lenovo və s.) seçimini və lisenziyalaşdırılmasını həyata keçirir.

  • Müştərilər və satış komandası ilə sıx əməkdaşlıq edir, tələbləri dəqiqləşdirir, təqdimatlar keçirir, texniki həlləri müdafiə edir və onların biznes dəyərini əsaslandırır. Satışöncəsi texniki materialları və HLD ilə bağlı sənədləri hazırlayır, texniki sualları cavablandırır və müştəri görüşlərində iştirak edir.

  • Bazarı və texnoloji trendləri monitorinq edir, rəqiblərin təkliflərini təhlil edir, vendorların qiymət siyasətini nəzərə alaraq müştəri üçün maksimum əlavə dəyər yaradan (value-added) həllər təklif edir.

  • Texniki spesifikasiyaların müştəri tələblərinə və Texniki Tapşırıq (TT) sənədlərinə uyğunluğunu yoxlayır, uyğunsuzluqları aşkar edir və qeyri-düzgün və ya natamam texniki təkliflər barədə aidiyyəti struktur bölmələri məlumatlandırır.

  • CRM sistemində işləyir, texniki sənədləri, izahatlı qeydləri və müşayiətedici materialları hazırlayır.

  • Vendor və tərəfdaşlıq proqramlarında iştirak edir, sertifikatların əldə olunması prosesində aktiv iştirak edir və həllərin tətbiqi (implementation) mərhələsində layihə komandalarına texniki konsultasiya göstərir.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil.

  • İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq.

  • Sistem inteqratoru və ya vendor mühitində Sistem arxitektoru kimi ən azı 5 il iş təcrübəsi.

  • İnfrastrukturun (Serverlər, Məlumat Saxlama Sistemləri (MSS), hiperkonvergent mühitlər (HCI), ehtiyat nüsxələmə) arxitekturasının layihələndirilməsi və TŞ (Texniki Şərtlər) üzrə spesifikasiyaların hazırlanması təcrübəsi.

  • Müasir serverlərin, MSS-in (SAN/NAS) arxitekturası, virtuallaşdırma və məlumatların mühafizəsi texnologiyaları haqqında güclü biliklər.

  • Hesablamalar/ölçüləndirmə (sizing), Yüksək Səviyyəli Dizaynın (HLD) və texniki-kommersiya təkliflərinin hazırlanması bacarığı.

  • Dell, Huawei, HPE, Cisco portfelləri üzrə biliklərə malik olmaq. Inspur və xFusion ilə iş təcrübəsi üstünlükdür.

  • RFP/tender sənədləri ilə işləmək, CRM və texniki sənədləşmə bacarığı.

  • Texniki həlləri  müştərinin texniki direktoruna  ( CTO)  və İT üzrə mütəxəssislərə təqdim və həlli  əsaslandırır.

  • Dell / Huawei / Cisco / HPE sertifikatlarının olması üstünlükdür

  • Azərbaycan və rus dillərini sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır).

  • MS Office proqramı ilə sərbəst işləmə bacarığı.

  • CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı.

  • Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı.

  • Komanda mühitində işləmək bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.

  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )

  • Vakansiya növü: Tam ştat

  • İş yeri: “Bakinity Distribution” MMC

  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrə və danışıq paketi.

  • İşlə bağlı ezamiyyət və səfərlər zamanı nəqliyyat xərcləri qarşılanır.

  • Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı.

  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.

  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.

  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

**Job Type:**Full Time

**Job Location:**Baku

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4950

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Satış əməliyyatları üzrə mütəxəssis/aparıcı mütəxəssis (Tender üzrə)

Tam Ştat

Vəzifə öhdəlikləri: Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin texniki imkanlarını, istifadə şərtlərini araşdırmaq, sistemləşdirmək və daxili istifadəyə uyğun formada təqdim etmək. Mövcud məhsul və xidmətləri bazardakı alternativlərlə müqayisə edərək üstün və zəif tərəfləri müəyyənləşdirmək. Təchizatçılardan daxil olan təklifləri qiymət, keyfiyyət və uyğunluq baxımından analiz etmək. Yeni məhsul və xidmətlər üzrə satış şərtlərini öyrənmək və bu məlumatları müştərilərə təqdim etmək. Fərdi və ya standart kommersiya təklifləri hazırlamaq, müvafiq sənədlərlə birlikdə təqdim etmək və uçotunu aparmaq. Rəqabətli hərraclar və tenderləri izləmək, uyğun imkanları qiymətləndirmək. Potensial müştəri və tərəfdaşlar barədə araşdırmalar aparmaq, məlumat bazasını yaratmaq və yeniləmək. Müştərilərlə görüşlərin təşkilini, qeydiyyatını və nəticələrin aidiyyəti bölmələrlə paylaşılmasını təmin etmək. Müştəri ehtiyaclarını düzgün müəyyən edib, uyğun həll yolları təklif etmək. Gələn sorğuları operativ və əsaslandırılmış şəkildə cavablandırmaq. Müştərilərlə yazışmalar və danışıqlar aparmaq, davamlı və effektiv əməkdaşlıq qurmaq. Satış proseslərini sənədləşdirmək, sistemə düzgün və vaxtında daxil etmək. Müqavilələrin hazırlanması və bağlanması prosesində iştirak etmək, şərtlərin uyğunluğunu yoxlamaq; Məhsul və xidmətlərlə bağlı təqdimatlar həyata keçirmək, texniki və kommersiya üstünlüklərini izah etmək. Rəhbərlik tərəfindən vəzifəsi üzrə verilmiş digər tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətlə icra etmək. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Ali təhsil. İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq. Müvafiq sahə üzrə ən azı 1-2 il iş təcrübəsi. etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməli. Əsas tender saytlarını və onların iş prinsiplərini bilməli. Azərbaycan və rus dillərini sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır). MS Office proqramı ilə sərbəst işləmə bacarığı. CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı. Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı. Komanda mühitində işləmək bacarığı. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. İşlə bağlı ezamiyyət və səfərlər zamanı nəqliyyat xərcləri qarşılanır. Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.