Sifarişlərin Qəbulu və Yönləndirilməsi üzrə Operator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Nardaran İnvest MMC Sifarişlərin Qəbulu və Yönləndirilməsi üzrə Operator vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
Daxil olan zənglərin cavablandırılması;
Müştəri sifarişlərinin düzgün şəkildə qəbul edilməsi;
Sifarişlərin operativ şəkildə aidiyyəti şəxslərə yönləndirilməsi;
Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması;
Gündəlik sifariş prosesinə nəzarət və koordinasiya edilməsi;
Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin qorunması.
Tələblər
Azərbaycan, rus və ingilis dillərini bilmək mütləqdir;
Telefon danışığı və müştəri xidməti bacarığı;
Səbirli, gülərüz və xoş ünsiyyətli olmaq;
Müştərilərlə nəzakətli davranış;
Sifarişləri düzgün və operativ şəkildə yönləndirmək bacarığı;
Məsuliyyətli və diqqətli olmaq.
Əlavə məlumat:
İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze Resort
İş qrafiki: 6 günlük
Təminatlar: Nəqliyyat və qidalanma şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər CV-lərini “Sifarişlərin Qəbulu və Yönləndirilməsi üzrə Operator” başlığı ilə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18332
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+