Səyyar yanacaq anbardarı (Ağdam)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 8 may 2026
Təsvir
Yanacaq və sürtkü materiallarının müəyyən olunmuş qaydalara uyğun şəkildə qəbulunu, saxlanmasını və təyinat üzrə verilməsini həyata keçirmək;
Qəbul edilən və paylanan yanacaq həcmlərini gündəlik olaraq qeydiyyata almaq, uçot sənədlərini düzgün və vaxtında aparmaq;
Gündəlik, həftəlik və ya tələb olunan dövrlər üzrə yanacaq sərfiyyatı və qalığı ilə bağlı hesabatlar hazırlamaq;
Səyyar anbar üzrə mövcud yanacaq qalığına daimi nəzarət etmək, çatışmazlıq və ya uyğunsuzluq halları barədə rəhbərliyi operativ şəkildə məlumatlandırmaq;
Yanacaq paylanması zamanı texnika, xüsusi avadanlıq və nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, verilən yanacağın təyinat üzrə istifadə olunmasına nəzarət etmək;
Yanacaq çənlərinin, saxlama qablarının, sayğacların və digər əlaqəli avadanlıqların səliqəli və işlək vəziyyətdə saxlanmasına diqqət yetirmək;
Yanacaqla işləmə zamanı təhlükəsizlik, texniki təhlükəsizlik və yanğın əleyhinə qaydalara ciddi şəkildə riayət etmək;
İş sahəsində təmizliyin, nizam-intizamın və təhlükəsiz iş mühitinin qorunmasını təmin etmək;
Tələb olunduqda inventarizasiya prosesində iştirak etmək, faktiki qalıq ilə uçot göstəricilərinin uyğunluğunu yoxlamaq.
Tələblər
Texniki bilik və bacarıqlar:
Orta və ya orta ixtisas təhsili;
Anbar, logistika, yanacaq təchizatı və ya oxşar sahədə iş təcrübəsinin olması üstünlük hesab olunur;
Yanacaq və sürtkü materialları ilə işləmə prinsipləri barədə ilkin anlayışa malik olmaq;
Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları üzrə ilkin biliklərə sahib olmaq;
Uçot və qeydiyyat işlərini səliqəli, dəqiq və məsuliyyətli şəkildə aparmaq bacarığı;
Rəqəmlərlə işləmək, hesabat hazırlamaq və sənədləşməni düzgün aparmaq vərdişi;
Məsuliyyətli, diqqətli, intizamlı və operativ olmaq;
Komandada işləmək və iş prosesində verilən tapşırıqları vaxtında icra etmək bacarığı;
Fiziki iş rejiminə uyğun işləmək qabiliyyəti;
Ezamiyyət və ya səyyar iş rejimində çalışma imkanı üstünlükdür.
Şəxsi keyfiyyətlər:
Dəqiqlik və məsuliyyətlilik;
Yüksək nizam-intizam;
Stressə davamlılıq;
Etibarlılıq və dürüstlük;
Operativ qərarvermə bacarığı.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13393
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+