SƏTƏMM üzrə Təlim və İdarəetmə Koordinatoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
PAŞA Property Management “SƏTƏMM üzrə Təlim və İdarəetmə Koordinatoru" vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
SƏTƏMM üzrə giriş və digər təlimlərin təşkili və keçirilməsi;
SƏTƏMM üzrə təlim ehtiyaclarının analizi aparılması və prioritet istiqamətlərin müəyyən edilməsi;
İllik və rüblük təlim planının və təqviminin hazırlanması, icrasına nəzarət və optimallaşdırılması;
Təlim materiallarının (prezentasiyalar, təlimatlar, prosedur izahları və s.) hazırlanması və mütəmadi yenilənməsi;
SƏTƏMM üzrə statistik göstəricilərin toplanması, analizi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
E-learning və digər alternativ təlim alətlərinin tətbiqi;
Təlimlərin effektivliyinin ölçülməsi (qiymətləndirmə, test, sorğu, performans göstəriciləri əsasında analiz);
Təlim nəticələrinin rəhbərliyə hesabat formasında təqdim edilməsi;
Daxili SƏTƏMM auditlərinin planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin idarə olunması;
ISO 45001, ISO 14001 və digər müvafiq standartlara uyğunluğun təmin edilməsi və davamlı monitorinqi;
Mövcud sistem üzrə GAP analizinin aparılması və düzəliş tədbirləri planının hazırlanması və icrasının izlənməsi;
SƏTƏMM siyasət, prosedur, təlimat və metodologiyaların hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
Risk qiymətləndirmə proseslərinə metodoloji dəstək, risk reyestrinin idarə olunması və yenilənməsi;
Təhlükəsizlik mədəniyyətinin ölçülməsi və inkişaf proqramlarının icrası;
Podratçı və üçüncü tərəflər üzrə SƏTƏMM uyğunluq qiymətləndirmələrinin aparılması;
Təlim və SƏTƏMM idarəetməsi üzrə sənədləşmə, versiya nəzarəti və arxivləşmə sisteminin idarə olunması;
Elektron sənəd dövriyyəsi və qeydiyyat sistemlərinin tətbiqi və nəzarəti;
Xarici auditlərə, sertifikasiya yoxlamalarına və dövlət qurumlarının inspeksiyalarına hazırlıq və prosesin müşayiəti.
Tələblər
Sahə üzrə minimum 5 il iş təcrübəsi;
NEBOSH və ya ekvivalent sertifikat;
ISO 45001, İSO14001 Lead auditor;
Yerli SƏTƏMM qanunları və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları üzrə yüksək səviyyədə biliklər;
Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. İşçiləri SƏTƏMM mövzularında təlim keçmək bacarığı;
Potensial təhlükələri müəyyən etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirləri müəyyən etmək üçün analitik düşünmə bacarığı;
Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı;
Azərbaycan, İngilis sərbəst ünsiyyət və yazışma bacarığı;
Ətraf mühit üzrə sertifikat (üstünlükdür);
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8960
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000