SƏTƏMM nəzarətçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 yanvar 2026
Son Tarix: 7 mart 2026
Təsvir
PAŞA Property Management “SƏTƏM Nəzarətçisi” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
İş yerinin sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarına, standartlara və şirkət siyasətinə uyğun olmasını təmin etmək;
Müntəzəm risk qiymətləndirmələri aparmaq, potensial təhlükələri müəyyənləşdirmək, nəzarət tədbirləri tətbiq etmək və iş yerində riskləri azaltmaq;
Bütün növ qəzaları, sovuşan hadisələri araşdırmaq, kök səbəbləri müəyyənləşdirmək və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün tövsiyələr vermək;
İşçilərin texniki təhlükəsizlik və ətraf mühit mövzularında məlumatlılığını və səriştəsini artırmaq üçün təlimlər təşkil etmək və keçirmək;
İş yerinin, avadanlıqların və proseslərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi təhlükəsizlik yoxlamaları, auditlər və qiymətləndirmələr aparmaq;
SƏTƏMM üzrə prosedurları və iş təlimatları hazırlamaq və mütəmadi olaraq nəzərdən keçirmək;
Təxliyyə planları hazırlanması və mütəmadi olaraq nəzərdən keçirilməsi, təlimlərin keçirilməsi və işçi qüvvəsinin yanğınlar, kimyəvi sızmalar və təxliyələr kimi təcili hallara hazır olmasını dəstək göstərmək;
İcra edilən inspeksiyaları, auditləri, hadisə araşdırmalarının nəticələrinin, düzəldici tədbirlər haqqında qeydləri system üzrində mütəmadi olaraq yeniləmək;
Tələb olunan hesabatları təqdim etmək və şirkətin SƏTƏMM mədəniyyətini inkişaf etdirmək üçün təkmilləşdirmələr təklif etmək;
Təhlükəsizlik performansını, problemləri və təkmilləşdirmələri müzakirə etmək üçün müvafiq maraqlı tərəflərlə müntəzəm SƏTƏMM üzərə görüşləri təşkil etmək;
SƏTƏMM qaydalarına önəmin nümayişi məqsədi ilə sahəyə ziyarətlərini digər tərflər ilə koordinasiya etmək və təşkil etmək;
SƏTƏMM mədəniyyətini təbliğ etmək və sağlamlıq və təhlükəsizliyin ortaq məsuliyyət olduğu bir mühit formalaşdırılmasında dəstək olmaq;
Hadisələri araşdırılmasını təşkil etmək və həyata keçirmək.
Tələblər
Bakalavr dərəcəsi;
NEBOSH və ya ekvivalent sertifikatın olması üstünlükdür;
ISO 45001 və ISO 14001 üzrə biliklərin olması üstünlükdür;
Yerli təhlükəsizlik qanunları və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları üzrə yüksək səviyyədə biliklər;
Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. İşçiləri SƏTƏMM mövzularında təlim keçmək bacarığı;
Potensial təhlükələri müəyyən etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirləri müəyyən etmək üçün analitik düşünmə bacarığı;
Kompyuterdə, Microsoft Office Paketi (Word, Excel, PowerPoint) və digər müvafiq təhlükəsizlik idarəetmə proqramlarında ilə işləmə bacarığı;
İngilis və Rus dili biliyi üstünlükdü.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6322
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000