SƏTƏM üzrə mütəxəssis-Hövsan

Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 24 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • İş sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarətin həyata keçirilməsi

  • Risklərin qiymətləndirilməsi (risk assessment) və təhlükələrin əvvəlcədən müəyyən edilməsi

  • Təhlükəsizlik üzrə təlimatların hazırlanması və işçilərə mütəmadi təlimlərin keçirilməsi

  • Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət

  • İş yerlərində gündəlik/periodik monitorinqlərin və yoxlamaların aparılması

  • Aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsi və nəzarətdə saxlanılması

  • İstehsalat qəzalarının, insidentlərin və təhlükəli halların araşdırılması və hesabatların hazırlanması

  • Fövqəladə hallara hazırlıq planlarının hazırlanması və tətbiqi (yanğın, qəza və s.)

  • Dövlət qurumları tərəfindən aparılan yoxlamalarda iştirak və tələb olunan sənədlərin təqdim edilməsi

  • SƏTƏM üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması

  • Podratçı və subpodratçıların təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət

Tələblər

  • Ali/Texniki təhsil

  • Tikinti üzrə SƏTƏM sahəsində minimum 2-4 il iş təcrübəsi

  • SƏTƏMM üzrə Beynəlxalq standartlar və yerli Qanunvericiliyin tələblərini bilmək

  • Dəqiq, məsuliyyətli,operativ qərar vermə;

  • Nizam-intizam və qaydalara ciddi yanaşma

  • Sahə işçiləri ilə effektiv kommunikasiya

İş şəraiti:

  • İş yeri: Hövsan;

  • İş qrafiki, iş vaxtı: 08:00-dan 18:00-dək, 6 günlük;

  • Əmək haqqı: 1000-1300 Azn

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sətəm üzrə mütəxəssis-Hövsan” qeyd edərək  qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Amal Group

Amal Group

Other

Amal Group Azərbaycanda kommersiya və fərdi sektor üçün fəaliyyət göstərən mühəndislik və tikinti şirkətidir. Şirkət çoxmərtəbəli yaşayış binaları, fərdi evlər və müxtəlif infrastruktur obyektlərinin tikintisi üzrə təcrübəyə malikdir və xidmətlərini dizayn – tikinti – fit-out (təmir və tamamlanma işləri) istiqamətində təqdim edir. Şirkət keyfiyyət və etibarlılığı əsas prioritet hesab edir və rəsmi məlumatlara görə 2018-ci ildə təsis olunub. Amal Group həmçinin ISO 9001:2015 keyfiyyət idarəetmə sertifikatına malikdir və layihələrin icrasında müasir texnologiyalar, peşəkar komanda və müştəriyönümlü yanaşma ilə fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14764

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Anbardar (Şirvan şəhəri)

Tam Ştat

Vəzifə öhdəlikləri: Yanar mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialları anbardan buraxmaq; Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlamaq; Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq; Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması; Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işlərinə nəzarət etmək; İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilmək; Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunu aparmaq; İnventarlaşdırmanın aparılmasında iştirak etmək; Təlimatları birbaşa rəhbərindən almaq və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına təşkil etmək; Mövcud alət və avadanlıqları yoxlamaq və hazırlamaq; Malları qəbul edən zaman müəssisənin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət etmək; İş şəraiti: 6 günlük iş qrafiki İş yerinin ünvanı: Şirvan (Şirvan ərazisinə yaxın ərazilərdə yaşayan namizədlər arzuolunandır) Əmək haqqı: 1000 AZN

Şirvan