SƏTƏM üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 12 aprel 2026
Təsvir
Təhsil: “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” sahəsində ali təhsil, əməyin mühafizəsi üzrə peşəkar ixtisasartırma kurslarının keçilməsi
Təcrübə: 2 - 3 il
Tələb olunan fərdi keyfiyyətlər: Məsuliyyətlilik; Kommunikasiya və təşkilatçılıq bacarığı; Fiziki cəhətdən sağlam.
Vəzifə öhdəlikləri:
İş sahələrində yoxlamaların aparılması, çatışmazlıqların qeydə alınması və onların aradan qaldırılması üçün tədbirlər görülməsi; Tikinti sahəsində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
İş yerlərində işlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət, təlimatlara əməl etməyən şəxslərə xəbərdarlıq edilməsi, qayda pozuntuları barədə müvafiq formada işçinin rəhbərinə məlumat verilməsi və müvafiq icrası məcburi olan göstəriş formasının tərtib edilməsi;
İş yerində təhlükələri müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
İş yerlərinin zəruri qadağanedici və xəbərdarlıq işarələri ilə təmin edilməsi;
Podratçı şirkətlərin ərazidə tikinti-quraşdırma işlərinin təhlükəsiz həyata keçirilməsinə nəzarət edilməsi;
İlkin yanğın söndürmə vasitələrinin saz və işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
Tullantıların idarə olunması prosedurunun tələblərinin yerinə yetrilməsinə nəzarət edilməsi;
Təlimatların hazırlanmasında iştirak edilməsi və işçilərin təlimatlarla tanış edilməsi;
İşə yeni başlayan işçilərə giriş təlimatın keçilməsi və iş rəhbərləri tərəfindən iş yerində təlimatların keçirlməsi və qeydiyyatının aparılmasına nəzarət edilməsi;
Sahədə olan təhlükə potensiallı obyektlərin və texniki avadanlıqların vaxtlı vaxtında texniki müayinədən keçməsini nəzarətdə saxlanılması;
İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak edilməsi;
Keçirilmiş daxili və xarici yoxlamalarda üzə çıxmış qayda pozuntuları ilə bağlı düzəldici və ya qabaqlayıcı tədbirləri müəyyənləşdirilmək və tədbirlərin görülməsi;
Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi.
Bilməlidir:
Əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək, Sənədlərlə işləmə bacarıqları
Digər tələblər və üstünlük göstəriciləri:
Tikinti sahələrində iş təcrübəsi
ISO standartları ilə iş təcrübəsi
SƏTƏM üzrə müxtəlif təlimlər keçməsi barədə sertifikatların olması
Sürücülük vəsiqəsi.
İş yeri: Zığ qəsəbəsi
İş qrafiki: 6 günlük.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM” yazmaqla qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Ensol
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11156
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə