SƏTƏM üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 yanvar 2026
Son Tarix: 19 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
Personal üçün SƏTƏM təlimatları hazırlamaq, təlimlər və maarifləndirici tədbirləri həyata keçirtmək;
İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
Təlimat jurnallarının imzalanmasına təmin və nəzarət etmək;
Tibbi tullantıların düzgün idarə olunmasına nəzarət etmək;
Fərdi mühafizə vasitələrinin seçilməsi və istifadəsinə nəzarət etmək;
Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.
Tələblər
Ali təhsil;
SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi (tibb sahəsində təcrübə üstünlükdür);
Beynəlxalq SƏTƏM sertifikatları (NEBOSH, IOSH və s.) üstünlükdür;
Azərbaycan Respublikasının əmək mühafizəsi və təhlükəsizlik qanunvericiliyini bilmək;
Risklərin qiymətləndirilməsi və sənədləşmə bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Analitik düşüncə, məsuliyyət və ünsiyyət bacarığı.
Təklif edirik:
Peşəkar və mehriban kollektiv;
Karyera inkişafı imkanı;
İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Korporativ təlimlərdə iştirak;
Stabil rəqabətli əmək haqqı
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç. 45, (Fizuli Residence);
İş qrafiki: 5 gün (09:00 – 18:00)
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “SƏTƏM üzrə mühəndis” qeyd edərək CV qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.
Necə Müraciət Etmək Olar
MEDCO Hospital Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5605
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə