SƏTƏM üzrə müfəttiş
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 7 fevral 2026
Təsvir
Vəzifələr:
Siz şirkətin sahədəki proqramlarının gündəlik icrasına SƏTƏM İdarə etmə Sistemi əsasında nəzarət etmək üçün məsuliyyət daşıyırsınız. Sizdən həmçinin SƏTƏM məsələləri ilə bağlı məsələlərdə sahə nəzarətçilərinə/menecerlərinə yardım göstərməyiniz və layihənin təhlükəsizlik öhdəliyinə nail olmaqda onlara yaxından dəstək göstərməyiniz gözlənilir.
Öhdəliklər:
İş yerlərində yoxlamalar aparmalı və uyğunluğu təmin etmək üçün müvafiq tədbirlər görülməli;
İşçilərin, işəgötürənlərin şikayət və narahatlıqlarını cavablandırmalı, araşdırmalı və müvafiq tədbirlər görməli;
İş yerində baş verən hadisələri və xəsarətləri araşdırmalı;
İş yerində təhlükəsizlik və sağlamlıq komitələrinin yaradılmasına cavabdeh olmalı və onların fəaliyyətinə nəzarət etməli;
Fövqəladə hallara hazırlıq təlimləri, məşqləri keçirməli və fəaliyyət planı ilə birlikdə fövqəladə hallara hazırlıq məşqlərinin hesabatı hazırlamalı;
Layihədə iştirak edən subpodratçılar və müxtəlif digər qurumlarlaSƏTƏM öhdəliklərinin müvafiq, düzgün sənədləşdirilməsi və müqavilədə tələb olunduğu kimi yerinə yetirilməsini təmin etmək;
İşçilərə müvafiq təlim proqramlarının və məlumatların çatdırılmasında iştirak etmək;
Vəziyyətə uyğun olaraq müxtəlif hesabatlar, sənədlər və formalar hazırlamaq;
Ehtiyyac olduğu təqdirdə SƏTƏM-lə bağlı digər öhdəliklərin yerinə yetirilməsi.
Tələblər
Təhsil: Mühəndislik üzrə Bakalavr dərəcəsi.SƏTƏM və Yanğın Söndürmə sahəsində əlavə olaraq peşəkarlıq.
Təlim/Sertifikatlar: Sağlamlıq, Əməyin Mühafizəsi üzrə müvafiq sertifikatlar tələb olunandır.
Biliklər/Bacarıqlar:
Əməyin Mühafizəsi üzrə Azərbaycan qanunvericiliyi və Beynəlxalq standartlar üzrə iş bilikləri;
İcra prosedruları haqqında biliklər.İş münasibətlərini effektiv saxlamaq bacarığı;
Yaxşı təşkilatçılıq bacarığı. Şifahi və yazılı ünsiyyət qurma bacarığı;
İş yerində işçilərlə rəhbərlik arasında münasibətlərin qurulması bacarığı;
İstehsalat gigiyenasına dair biliklər;
Güclü nəzarət bacarığı.
**Dil bilikləri:**İngilis dili, Rus dili üstünlük
Təcrübə: Əməyin Mühafizəsi sahəsində minimum 5 il iş təcrübəsi. İstehsalat və neft-qaz sahəsində çalışan namizədlərin müraciət arzuolunandır.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
STP-AMZ
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4367
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə