SƏTƏM üzrə Baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 23 fevral 2026
Təsvir
Holdinqin aparatında və strukturuna daxil olan müəssisələrdə SƏTƏM siyasətinin formalaşdırılması, tətbiqi və strateji səviyyədə koordinasiyasına funksiya rəhbərinə dəstək göstərmək;
Tabeli müəssisələrdə əmək təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin qorunması üzrə normativ sənədlərin hazırlanmasına rəhbərlik etmək və onların icrasına nəzarət etməkdə iştirak;
Holdinq tabeliyində olan müəssisələrdə iş yerlərinin atestasiyası prosesinin təminində iştirak etmək
İstehsalat müəssisələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ekoloji tələblərə uyğunluğun monitorinqini həyata keçirmək, uyğunluğun təmin olunması üçün tədbirlər planlaşdırmaq və rəhbərliyə dövrü hesabatlar təqdim etmək;
Qəza, insident və peşə xəstəlikləri ilə bağlı baş verə biləcək halların araşdırılmasını təşkil etmək, əsas səbəbləri təhlil etmək və gələcəkdə bu risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin işlənib hazırlanmasını təmin etmək;
Müəssisələr üzrə əməyin mühafizəsi və risklərin idarə olunması sahəsində risk dəyərləndirmələrinin təşkili, nəticələrin sənədləşdirilməsi və izləmə sisteminin qurulmasına nəzarət etmək;
Holdinq üzrə vahid standartlara əsaslanan daxili SƏTƏM təlimatlarının, siyasət sənədlərinin və prosedurlarının hazırlanmasına rəhbərlik etmək və onların vahid şəkildə icrasına nəzarət etmək;
Tabeli müəssisələrdə fəaliyyət göstərən SƏTƏM mütəxəssislərinin işinə funksional rəhbərlik etmək, koordinasiya və performans monitorinqini həyata keçirmək, ehtiyac olduqda sahəvi dəstək göstərmək;
SƏTƏM sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təlim planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək;
SƏTƏM üzrə llik fəaliyyət planlarının, strateji inkişaf proqramlarının və hesabatların hazırlanmasına rəhbərlik etmək, rəhbərliyə müntəzəm olaraq analitik hesabatlar təqdim etmək.
Sahə üzrə beynəlxalq təcrübələrin öyrənilməsi və SƏTƏM idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı funksional rəhbərə təkliflərin verilməsi
Tələblər
Təhsil pilləsi (minimum)
Bakalavr
Təhsil ixtisası
(Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi, Fövqəladə hallar üzrə üstünlük verilir).
İOSH, FHN, NEBOSH ISO 45001 ISO 9001, ISO 14001 sertifikatları arzuolunandır.
İş təcrübəsi (minimum)
SƏTƏM sahəsi üzrə 5 il
(istehsalat təcrübəsinin olması arzu olunandır)
Dil bilikləri
Azərbaycan dili, (Rus və İngilis dilidə arzuolunandır)
Kompüter bilikləri
Peşəkar səviyyədə Microsoft office proqramları, Word, Exel, Power point.
Digər zəruri tələblər
SƏTƏM üzrə daxili normativ sənəd, formaların hazırlama və inkişaf etdirmə bacarığı
SƏTƏM üzrə yerli və əlaqəli müvafiq beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək
Yüksək psixoloji dayanıqlılıq
İşçi heyətini anlama və onlarla davranış bacarığı
Struktur bölmə rəhbəri ilə əlaqə yaratma və birlikdə işləmə bacarığı.
Tabeliyindəki əməkdaşları idarə etmək
Layihələri idarə etmək
Riskləri idarə etmək
Strateji düşünmək
Prosesləri idarə etmək
Qərar qəbul etmək
Nəticəyönümlülük
Komanda ruhu
Kommunikasiya
Problem həll etmək
Dəyişikliklərə uyğunlaşmaq
Data analitika
Necə Müraciət Etmək Olar
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4889
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə