Ana Səhifə
Vakansiyalar

SƏTƏM mühəndisi

Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

SƏTƏM mühəndisi

Bakı

Tam Ştat

Orta Səviyyə

1.500 - 2.000 AZN

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 9 yanvar 2026

Təsvir

Vəzifə və öhdəliklər:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;

  • İnşaatda zədələnmə səbəblərinin araşdırılması və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;

  • Tikinti-quraşdırma prosesləri zamanı texniki təhlükəsizlik üzrə vəziyyətlərə nəzarət etmək;

  • Struktur bölmələrdə, inşaatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;

  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında kömək etmək;

  • Müxtəlif işlərin Risk Qiymətləndirilməsi aparılması;

  • FMV və digər mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;

  • İşçilərin əməyin mühafizəsi dair mütəmadi maarifləndirmə aparılması, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək;

  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək;

  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq SƏTƏMM rəhbərliyinə və Sifarişçiyə hesabatlar hazırlayıb təqdim etmək və s.

Tələblər

  • Ali təhsil;

  • Neft Qaz və Kimya sahələrdə azı 3 il iş təcrübəsi;

  • Yaş həddi: 22-45;

  • MS office proqramlarından yaxşı səviyyədə istifadə edilməsi bacarığı;

  • ISO 45001 və digər SƏTƏMM sahəsinə aid sertifikatların olanlara üstünlük veriləcək.

İş şəraiti:

  • İş şəraiti: Həftədə 5 iş günü (şənbə 08:00-12:00 qədər)

  • Əmək Haqqı: 1500-2000 AZN (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək)

Müvafiq tələblərə uyğun olan namizədlər (bəylər və xanımlar) şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏMM mühəndisi qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Amina and S Group

Amina and S Group

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3648

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya