Senior Full Stack Developer
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müasir web tətbiqlərin Frontend və Backend hissələrinin layihələndirilməsi, hazırlanması və dəstəklənməsi
Texniki tələblərin biznes tələblərinə uyğun şəkildə analiz edilməsi və optimal texniki həllərin təklif olunması
RESTful API-lərin hazırlanması və üçüncü tərəf servislərlə inteqrasiyası
Mövcud sistemlərin optimallaşdırılması, refaktorinqi və performansın artırılması
Məlumat bazalarının dizaynı, optimizasiyası və təhlükəsizliyinin təmin edilməsi
Kod keyfiyyətinin təmin edilməsi üçün kod review proseslərində aktiv iştirak
Texniki sənədləşmənin hazırlanması
Junior və Middle səviyyəli developer-lərə texniki dəstək göstərilməsi
Layihələrin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi
Təhlükəsizlik standartlarına (OWASP və s.) uyğun proqram təminatının hazırlanması
Tələblər
Full Stack Developer və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
HTML5, CSS3, JavaScript (ES6+) üzrə dərin biliklər
Frontend framework-lərindən biri üzrə yüksək səviyyədə bilik: React (Next.js)
Backend texnologiyalarından biri üzrə praktiki təcrübə: Node.js (Express/NestJS) və ya PHP (Laravel)
RESTful API-lərin hazırlanması və istifadəsi üzrə təcrübə
SQL (PostgreSQL, MySQL) və NoSQL (MongoDB və s.) bazaları ilə işləmə bacarığı
Git versiya nəzarət sistemləri ilə işləmə təcrübəsi
MVC və digər proqram arxitekturası prinsipləri haqqında bilik
OOP və Design Pattern-lər haqqında anlayış
Yüksək səviyyədə problem həll etmə və analitik düşünmə bacarığı
Komanda ilə işləmək və texniki qərarları əsaslandırmaq bacarığı
İngilis dili – texniki dokumentasiyanı oxuma səviyyəsində
Üstünlükdür:
Docker və CI/CD prosesləri ilə işləmə təcrübəsi
Cloud platformaları (AWS, Azure, Google Cloud) üzrə biliklər
Unit və Integration testlərin yazılması (PHP Unit və s.)
Agile/Scrum metodologiyası ilə işləmə təcrübəsi
Linux server mühiti ilə işləmə bacarığı
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə göstərilən elektron poçtuna göndərə bilər.
Necə Müraciət Etmək Olar
AzStudy
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9032
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə