Senior Business Performance Analyst
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 13 may 2026
Təsvir
Gəlir analizini izləmək və kontrol etmək
Debitor cariləri üzrə üzləşmələri təşkil etmək
Gəlir mərkəzlərinin yaradılmasına və təyinatı üzrə bölgünün aparılmasına nəzarət etmək
Şirkətin siyasətinə əsasən ehtiyat yaratmaq
Gəlirlərin aidiyyatı strukturlar üzrə təsdiqinin alınmasına nəzarət etmək
Şirkətdaxili əməliyyatlar üzrə gəlir bölgü meyarlarını analiz etmək, büdcəni kontrolda saxlamaq
Şirkətə dəymiş zərər üzrə ödənilən vəsaitin gəlirə tanıdılmasını kontrolda saxlamaq
Ticari carilər üzrə verilmiş bonus gəlirlərinin hesablanmasını və sistemə inteqrasiyasına nəzarət etmək.
Aylıq bölmə üzrə qoyulan hədəflərə çatılmasına nəzarət etmək
Görülən işlərlə bağlı hesabatlar hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək.
Bölmənin iş yükünü əməkdaşlar arasında bölüşdürmək
Tabeçiliyində olan işçilərin iş bölgüsünə, davamiyyətinə və nizam intizamına nəzarət etmək
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə)
Müvafiq sahədə minimum 3-4 il iş təcrübəsi
MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı
Logo Tiger / SAP proqramı ilə işləmək bacarığı (üstünlükdür)
ACCA F3-ACCA F7, PMS və ya DipIFR sertifikatları
Analitik düşünmə, məsuliyyətli yanaşma, təşəbbüskarlıq, idarəetmə və problem həll etmə bacarıqları
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13809
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+