Ana Səhifə
Vakansiyalar

Sənəd Dövriyyəsi üzrə mütəxəssis (Document Controller)

Sənəd Dövriyyəsi üzrə mütəxəssis (Document Controller)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 fevral 2026

Son Tarix: 6 mart 2026

Təsvir

  • Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;

  • Layihə daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;

  • Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;

  • Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;

  • Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;

  • Sənəd mübadiləsinin layihə daxili sənədlərə nəzarət proseduruna uyğun aparmaq;

  • Vaxtı keçmiş sənədlər haqqında komanda üzvlərini məlumatlandırmaq;

  • Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;

  • Podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;

  • Texniki sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;

  • Təsdiq olunmuş müqavilələrin uyğunluğunun yoxlanılması və qeydiyyata salınması;

  • Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;

  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlə

Tələblər

  • Ali təhsil;

  • Sənədlərə nəzarət üzrə iş təcrübəsi (mülki-sənaye tikinti sahəsində iş təcrübəsi arzuolunandır)

  • Dil bilikləri: Azərbaycan dili ( İngilis dili və rus dili biliyi arzuolunandır)

  • Kompüter bacarıqları: MS Office

  • Yüksək səviyyədə işgüzar yazışma bacarığı;

  • Komandada işləmək və ünsiyyət bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı, Sea Breeze

  • İş vaxtı : 1 -6 ci günlər 09:00 dan - 18:00- a dək

  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.

CV-lərinizi “Sənəd Dövriyyəsi üzrə mütəxəssis (Document Controller)” başlığı altında göstərilən mail-ə göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Core Construction

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7632

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya