Ana Səhifə
Vakansiyalar

Şəbəkələr üzrə mütəxəssis/aparıcı mütəxəssis (Network Admin)

Şəbəkələr üzrə mütəxəssis/aparıcı mütəxəssis (Network Admin)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 11 yanvar 2026

Son Tarix: 30 yanvar 2026

Təsvir

  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək

  • Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək

  • Yeni şəbəkə avadanlıqlarını, istifadəçi qurğularını şəbəkəyə təhlükəsiz əlavə etmək;

  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək

  • Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək;

  • Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək

  • Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək;

  • Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;

  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər gömək;

  • Əsas və əlavə internet bağlantılarının işlək, saz və təhlükəsiz vəziyyətdə olmasının davamlı monitorinqi, yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasını icra etmək;

  • Kompüter şəbəkəsində baş verən nasazlıqların reaktiv həllindən proaktiv şəkildə planlı aradan qaldırılmasına çalışmaq;

  • Kompüter istifadəçilərinin şəbəkə xidmətlərindən məmnun qalmasına, fasiləsiz işləməsinə çalışmaq;

  • Şəbəkə infrastrukturunun xaotik vəziyyətdən irearxik, idarəolunan, təhlükəsiz və sabit vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görmək;

  • Site-to-Site, Point-to-Site tipli VPN şəbəkələrinin planlanması, təhlükəsiz yaradılması və müvafiq qaydada sənədləşdirilməsini həyata keçirmək;

  • Xidmət etdiyimiz VoİP sistemlərinin fasiləsiz, etibarlı, təhlükəsiz işləməsini təmin etmək;

  • Şəbəkə avadanlıqları və NGFW üzrə davamlı monitorinq aparmaq, müvafiq dövrü hesabatların hazırlanaraq idarə rəhbərinə elektron variantda təqdim etmək;

  • Mümkün olan bütün hallarda şəbəkədə mikroseqmentləşdirmə aparmaq, “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, şəbəkə təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək;

  • İT siyasəti, o cümlədən şəbəkə siyasəti ilə tanış olmaq, orada qeyd edilmiş tələb və tövsiyələrə qeyd-şərtsiz əməl etmək;

Tələblər

  • Ali Təhsil (müvafiq istiqamət üzrə);

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

  • Şəbəkə Texnologiyaları: TCP/IP, DNS, DHCP, VPN, NAT,SD wan, 802.1x(FortiNac,Cisco İSE, Aruba ClearPass), routing protokolları (BGP, OSPF, EIGRP) və şəbəkə topologiyalarında nəzəri və praktik bacarıqlar;

  • Cisco, Juniper,HPE Aruba kimi şəbəkə cihazları ilə təcrübə;

  • Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə;

  • Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi;

  • Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı;

  • CCNP, NSE4 və PCNSE sertifikatları üzrə biliklərə sahib olmaq (sertifikat arzuolunandır).

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Guven Technology LLC

Guven Technology LLC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4565

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İKT və İnformasiya Təhlükəsizliyi risklərinin idarəedilməsi üzrə mütəxəssis

Tam Ştat

Şirkətin fəaliyyətinə və məqsədlərinə təsir göstərə biləcək potensial riskləri müəyyən etmək, qiymətləndirmək və prioritetləşdirmək; Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək; İKT və İnformasiya Təhlükəsizliyi üzrə risklərin idarəedilməsi siyasətinə riayət edilməsinin monitorinqini aparmaq; Daxili və xarici İKT və İnformasiya Təhlükəsizliyi təhdidlərini və riskləri, həmçinin onların müəyyənləşdirilməsi, təsirinin qiymətləndirilməsi və sənədləşdirilməsini aparmaq; Mütəmadi olaraq İKT və İnformasiya Təhlükəsizliyi risklərinin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq; İKT və İnformasiya Təhlükəsizliyi üzrə risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək; İKT və İnformasiya Təhlükəsizliyi risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə şirkətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək; Risklər ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək. Onlarla əməkdaşlıq edərək risk idarəetmə təcrübələrini digər struktur bölmələrin gündəlik əməliyyatlarına inteqrasiya etmək; Şirkətin digər departamentləri ilə əməkdaşlıq edərək risk idarəetmə təcrübələrini onların gündəlik əməliyyatlarına inteqrasiya etmək; Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək; Əməkdaşlara risk idarəetməsi üzrə metodoloji dəstəklənməsi və məlumatlıq səviyyəsinin artırılması üzrə tədbirlərin təşkilində iştirak etmək; Risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması və onların yerinə yetirilməsi prosesində iştirak etmək; Risk idarəetmə fəaliyyətləri və biznes proseslərinin təkmilləşdirilməsi barədə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək; Riskin təsir və ehtimal təhlili edildikdən sonra, təsviri və risk səviyyəsinin müəyyən edilməsi. Riskin təsirinin azaldılması üçün bir sıra nəzarət tədbirlərin hazırlanması; Risk qarşısının alınması planlarının sənədləşdirilməsi.