Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
Sistem idarəetməsi

Şəbəkə təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

Şəbəkə təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

Bakı,, Azərbaycan

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 7 iyun 2026

Təsvir

  • Bank sektorunda şəbəkə təhlükəsizliyi infrastrukturunu dizayn etmək və icra etmək

  • Şəbəkə trafikini potensial təhlükələr üçün izləmək və təhlil etmək

  • Şəbəkə və informasiya təhlükəsizliyi üzrə texniki sənədləri hazırlamaq

  • Şəbəkə sxemlərinin və dəyişiklik (change) sənədlərinin hazırlanmasında iştirak etmək

  • Təhlükəsizlik auditlərini və zəif nöqtə qiymətləndirmələrini idarə etmək

  • Bank qaydalarına uyğun təhlükəsizlik siyasətlərini inkişaf etdirmək və tətbiq etmək

  • Şəbəkə səviyyəsində insidentlərin araşdırılması və cavablandırılmasında iştirak etmək

  • Şəbəkə təhlükəsizliyində yeni ortaya çıxan təhlükələr və texnologiyalar haqqında məlumatlı qalmaq

  • Bank sistemlərinin təhlükəsizlik mühafizəsini təmin etmək

Tələblər

  • Şəbəkə təhlükəsizliyi sahəsində minimum 2 il təcrübə

  • TCP/IP, OSI modeli, VLAN, routing və switching prinsiplərini yaxşı səviyyədə bilmək.

  • NAT, VPN (IPsec, SSL VPN), DNS, DHCP və NTP texnologiyaları üzrə təcrübə

  • Cisco, FortiGate, Palo Alto firewall-ların qurulması və idarə edilməsi bacarığı

  • IDS/IPS sistemlərinin konfiqurasiyası və istismarı üzrə praktiki təcrübə

  • DDoS hücumlarının əsas prinsipləri və müdafiə üsulları haqqında anlayış

  • CCNP və CCNA sertifikatlar mövcudluğu və PaloAlto və ya Fortinet NSE sertifikatları üstünlük hesab olunur

  • WAF və NAC həlləri ilə iş təcrübəsi üstünlükdür

  • Network traffic analysis (PCAP, NetFlow) üzrə biliklər arzuolunandır

  • Problemləri həll etmək və komanda ilə işləmək qabiliyyəti

  • Analitik düşünmə və detallara diqqət yetirmə qabiliyyəti

  • Stress altında işləmək və operativ qərar vermək bacarığı

  • Komanda daxilində və digər strukturlarla effektiv əməkdaşlıq bacarığı

Necə Müraciət Etmək Olar

Yelo Bank ASC

Yelo Bank ASC

Finance

Yelo Bank Azərbaycanda fəaliyyət göstərən innovativ kommersiya banklarından biridir. Bank 1994-cü ildə “Nikoil Bank” adı ilə fəaliyyətə başlayıb və sonradan rebrendinq edilərək “Yelo Bank” adı altında müasir və rəqəmsal bankçılıq konsepsiyasına keçid edib. Yelo Bank fərdi və biznes müştəriləri üçün kredit, depozit, kart məhsulları, köçürmələr və digər maliyyə xidmətləri təqdim edir. Bank xüsusilə gənc və rəqəmsal yönümlü yanaşması ilə seçilir. “Yelo App” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn bank əməliyyatları, kredit sifarişi, ödənişlər və hesab idarəetməsi kimi xidmətlər rahat şəkildə təqdim olunur. Yelo Bank innovasiya, sürətli xidmət və müştəri təcrübəsini prioritet hesab edərək Azərbaycanın rəqəmsal bankçılıq sektorunda mövqeyini gücləndirməyə davam edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17485

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya