Şəbəkə İdarəetməsi və Əməliyyatları Şöbəsinin aparıcı Mütəxəssisi
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Şirkətin mövcud şəbəkə konfiqurasiyasına dəstək göstərilməsi və idarə olunması;
Palo Alto firewall-ları üzərində gündəlik əməliyyatların aparılması, optimizasiya və təhlükəsizlik siyasətlərinin idarə olunması;
Cisco router və switch sistemlərinin konfiqurasiyası və texniki dəstəyi;
Şəbəkənin 7/24 yüksək əlçatanlığının və stabil fəaliyyətinin təmin edilməsi;
Kritik hallarda nasazlıqların operativ diaqnostikası və aradan qaldırılması;
Proaktiv monitorinq, profilaktik texniki baxış və optimallaşdırma işlərinin aparılması;
Şəbəkə təhlükəsizliyi risklərinin müəyyən edilməsi və aradan qaldırılması;
Dəyişikliklərin idarə olunması (Change Management) və sənədləşdirilməsi;
Şəbəkə üzrə standartların və sənədləşmənin hazırlanması və yenilənməsi.
Üstünlüklərimiz:
Peşəkar inkişaf və karyera artımı imkanları;
Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
Ali təhsil (texniki təhsil üstünlükdür);
Şəbəkə və şəbəkə təhlükəsizliyi sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
Cisco CCNA və PCNSE sertifikatlarına malik olmaq üstünlükdür;
Palo Alto Firewall sistemləri ilə praktiki iş təcrübəsi (Policy Design, Security Profiles, NAT, VPN, HA, QoS);
Cisco Router və Switch infrastrukturu ilə iş təcrübəsi (Routing, Switching, VRF, OSPF, BGP);
Firewall və şəbəkə təhlükəsizliyi konsepsiyalarını yaxşı səviyyədə anlamaq;
VPN texnologiyaları üzrə təcrübə (IPsec Site-to-Site, Remote Access VPN);
VoIP sistemləri üzrə anlayış;
Wireless şəbəkələr üzrə biliklər;
Kritik infrastruktur mühitində işləmə təcrübəsi;
İngilis dili biliyi – texniki səviyyədə (dokumentasiyaların oxunması və başa düşülməsi);
Komandada işləmək, analitik düşüncə və problem həll etmə bacarığı.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17401
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+