Satışlar üzrə Aparıcı Mütəxəssis (B2B – İntegratorlar və Son Sifarişçilər, B2C)
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 10 mart 2026
Təsvir
Şöbə: Biznesin İnkişafı
Tabelik: Biznesin İnkişafı üzrə Rəhbər (şirkət strukturuna uyğun)
İşin məqsədi: IT avadanlıqlarının B2B (integrator şirkətlərə və son sifarişçilərə) B2C satışını həyata keçirmək, müştəri portfelini genişləndirmək, satış həcmini və gəlirliliyi artırmaq.
Əsas vəzifələr və funksiyalar
Yeni müştərilərin cəlbi üçün aktiv satış aparmaq, görüşlər təyin etmək, müştəri bazasını genişləndirmək və satış pipeline-ını formalaşdırmaq.
Mövcud müştərilərlə əməkdaşlığı idarə etmək, təkrar satışları artırmaq və müştəri məmnuniyyətini təmin etmək.
Müştəri ehtiyaclarını təhlil etmək, uyğun məhsul/həll təkliflərini formalaşdırmaq, alternativlər təqdim etmək və dəyər təklifini əsaslandırmaq.
Satınalma şöbəsi ilə koordinasiyalı işləyərək yerli/xarici stok mövcudluğu, çatdırılma müddəti və şərtləri dəqiqləşdirmək; müştəriyə düzgün və vaxtında məlumat təqdim etmək.
Kommersiya təkliflərini hazırlamaq və təqdim etmək; qiymət sorğuları (RFQ), endirimlər və şərtlər üzrə daxili təsdiq proseslərini icra etmək.
Şöbə rəhbərinin müəyyən etdiyi limitlər daxilində qiymət və kommersiya şərtləri üzrə danışıqlar aparmaq, marja çərçivəsində razılaşmaları formalaşdırmaq və satışın bağlanmasını (closing) təmin etmək.
Sifarişlərin rəsmiləşdirilməsi və icrasında Əməliyyat/Logistika/Anbar/Mühasibə şöbələri ilə koordinasiya qurmaq.
Satış sonrası proseslərdə müştəriyə dəstək vermək: zəmanət/servis yönləndirmələri, geri dönüşlər və problemli sifarişlərin həlli üçün aidiyyəti şöbələrlə operativ işləmək.
CRM/pipeline qeydlərini aparmaq, satış proqnozlarını və mütəmadi hesabatları hazırlamaq; bazar və rəqib məlumatlarını toplayaraq rəhbərliyə təqdim etmək.
Hüquqlar və səlahiyyətlər
Müştəri portfeli və satış pipeline-ı üzrə prioritetləndirmə və fəaliyyət planı təklif etmək.
Satınalma şöbəsindən yerli/xarici stok və təchizat kanalları üzrə qiymət/mövcudluq məlumatlarını aktual tutmaq və koordinasiya aparmaq.
Şöbə rəhbərinin verdiyi səlahiyyət çərçivəsində müştərilərlə kommersiya danışıqları aparmaq, şərtlər üzrə razılaşmaları daxili formalaşdırmaq.
Endirim/marja/ödəmə şərtləri üzrə daxili təsdiq proseslərinə initiator olmaq və təsdiqləri toplamaq.
Satışın icrası üçün aidiyyəti şöbələrdən sənədləşmə və əməliyyat dəstəyi tələb etmək.
Əməkdaşlıq edilən tərəflər
Daxili: Satınalma, Texniki şöbə/Pre-sales (lazım olduqda), Əməliyyat, Logistika/Anbar, Mühasibə, Marketinq.
Xarici: İntegrator şirkətlər, son sifarişçilər.
Tələblər
Tələb edilən bilik, bacarıq və təcrübə
B2B satış təcrübəsi (arzuolunan: IT avadanlıqları, integrator satışları, korporativ müştərilər).
IT avadanlıq portfeli üzrə baza anlayış: server, storage, şəbəkə, PC/işçi stansiya, periferiya və servis/zəmanət yanaşmaları.
Güclü ünsiyyət və danışıqlar bacarığı; ehtiyac analizi, təqdimat və etirazların idarə edilməsi (objection handling).
Analitik yanaşma: marja hesablaması, qiymət müqayisəsi, proqnozlaşdırma və prioritetləndirmə.
CRM və MS Office ilə işləmək; sənədləşmə və kommersiya təklifinin hazırlanması vərdişləri. (Üstünlükdür): İngilis və/və ya Rus dili; distributor/istehsalçı materiallarını oxuyub anlamaq.
Maraqlanan namizədlər CV-lərini əmək haqqı gözləntilərini və mövzu hissəsində Satışlar üzrə Aparıcı Mütəxəssis qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Data Technologies MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8385
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə