Satış və pazarlama təmsilçisi

Bakı

Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 19 yanvar 2026

Son Tarix: 23 fevral 2026

Təsvir

Satış və Marketinq üzrə Mütəxəssis (Yerli və Beynəlxalq Daşınmaz Əmlak Layihələri)
Beynəlxalq daşınmaz əmlak sektorunda Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası (ŞKTR) və Dubay başda olmaqla müxtəlif ölkələrdə həyata keçirdiyimiz layihələrdə çalışmaq üçün Satış və Marketinq Departamentimizə komanda yoldaşları axtarırıq.
Təklif edilən imkanlar
Beynəlxalq layihələrdə karyera qurmaq imkanı
Korporativ və dinamik iş mühiti
Bütün qanunvericiliyə uyğun sosial və əmək hüquqları
Performansa əsaslanan bonus sistemi ilə yüksək gəlir imkanı
Müraciətlər yalnız CV vasitəsilə qiymətləndiriləcəkdir.
Telefon və ya WhatsApp vasitəsilə göndərilən CV-lər nəzərə alınmayacaqdır.
Uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İş haqqında

Güclü ünsiyyət bacarığına malik, səlis nitqli və gülərüz
Yüksək inandırma qabiliyyətinə malik, satış yönümlü
Komanda ilə işləmək bacarığı olan
Xarici görünüşü səliqəli, təmsilçilik qabiliyyəti yüksək
25–40 yaş aralığında (kişi / qadın)
Kompüter və MS Office proqramlarından sərbəst istifadə edən
Azərbaycan (və ya türk) və ingilis dillərini bilən
Öyrənməyə və şəxsi inkişafına açıq
Bakı şəhərini və regionun bazar dinamiklərini yaxşı tanıyan
Daşınmaz əmlak və ya satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Tələblər

Beynəlxalq layihələrin satış və marketinq proseslərində aktiv iştirak etmək
Müştəri portfeli formalaşdırmaq və mövcud portfeli idarə etmək
Satış hədəflərinə uyğun olaraq müştəri görüşləri keçirmək
Şirkəti və layihələri korporativ imicə uyğun şəkildə təmsil etmək

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5721

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə