Satış üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
Şirkətimizin xidmətlərinin satışının təşkili və inkişaf etdirilməsi məqsədilə Satış üzrə Mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Şirkətin xidmətlərinin aktiv satışının həyata keçirilməsi
Mövcud və potensial müştərilərlə zənglərin və görüşlərin təşkili
Görüşlər zamanı xidmətlərin peşəkar təqdimatının keçirilməsi
Müştəri ehtiyaclarının öyrənilməsi və uyğun həllərin təklif edilməsi
Satış prosesinin idarə olunması və satışın uğurla tamamlanması
Satış planlarının icrasında aktiv iştirak
Günün sonunda görülən işlər və keçirilən təqdimatlar üzrə qısa hesabatın təqdim edilməsi
İş şəraiti
İş qrafiki: 09:00-18:00
İş günləri: Həftədə 5 gün
Əmək haqqı: 500 AZN sabit + satışdan 10% bonus
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Tələblər
Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi
Güclü ünsiyyət və inandırma bacarıqları
Satış prinsipləri və müştəri yönümlü yanaşma haqqında anlayış
Nəticəyönümlü və məsuliyyətli yanaşma
Şəxsi bacarıqlar
Yüksək kommunikasiya və təqdimat bacarıqları
Öyrənməyə açıq və inkişafyönümlü düşüncə
İnsanlarla işləməyi sevən, pozitiv və komanda ruhlu şəxsiyyət
Stressə davamlılıq və düzgün zaman idarəetməsi
Biz sizə nə təklif edirik?
Satış sahəsində bilik və bacarıqların sistemli şəkildə inkişafı
Satış və şəxsi inkişaf üzrə daxili təlimlər və sertifikatlaşma dəstəyi
Performansa əsaslanan yüksək gəlir imkanları
Peşəkar korporativ mühit və geniş biznes əlaqələri
Karyera inkişafı üçün real perspektivlər
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə üçün +994 999 84 00 00
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
PM Legal MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4590
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə