Satış üzrə Menecer (B2B)
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 5 aprel 2026
Təsvir
Wilstream – 2002-ci ildən fəaliyyət göstərən, bazarın qabaqcıl autsorsinq çağrı mərkəzlərindən biridir. Portfelimizdə dünyaca məşhur brendlərin yer aldığı dinamik komandamıza satış sahəsində təcrübəli və enerjili Satış üzrə Menecer axtarırıq.
Vəzifə Öhdəlikləri:
Şirkətlərin rəhbər şəxsləri ilə yüksək səviyyəli kommersiya danışıqlarının aparılması;
Fərdi kommersiya təkliflərinin hazırlanması, təqdimatı və müdafiəsi;
Müştəri bazasının aktiv şəkildə genişləndirilməsi (soyuq zənglər, sayt və sosial şəbəkələrdən gələn sorğuların emalı);
İkinci aydan etibarən daxil olan sifariş axınının idarə olunması;
Mövcud müştərilərlə əlaqələrin saxlanılması və təkrar satışların təşkil edilməsi;
Sövdələşmələri bağlamaq üçün müştərilərlə görüşlərin keçirilməsi və zərurət olduqda işgüzar ezamiyyətlər.
Namizədə dair Tələblər:
Ali təhsil;
B2B satış sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir);
Hüquqi şəxslərlə (korporativ sektor) iş təcrübəsi olanlara üstünlük verilir;
Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl (vacib şərtdir), İngilis dili arzuolunandır;
Yeni bazar və müştəri axtarışı metodlarını bilmək;
Təşəbbüskarlıq, kreativ yanaşma və yüksək ünsiyyət bacarığı.
Biz nə təklif edirik?
Əmək haqqı: 1500 AZN + tamamlanmış satışlardan % (bonus);
Rəsmi qeydiyyat və stabil iş qrafiki (5/2, 09:00 – 18:00);
Şəhərin mərkəzində komfortlu ofis və gənc, mehriban kollektiv;
Peşəkar inkişaf üçün korporativ təlimlər;
Dünyaca məşhur brendlərlə işləmək və irimiqyaslı layihələrdə təcrübə qazanmaq imkanı.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədliyini irəli sürmək istəyən şəxslər: Satış meneceri başlığı ilə
Necə Müraciət Etmək Olar
Wilstream.аz
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10679
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə