Satış üzrə Menecer
Tam Ştat
Menecer
2.500 AZN-dən
Yerləşdirilib 31 mart 2026
Son Tarix: 1 may 2026
Təsvir
Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışı üzrə minimum 1 il iş təcrübəsi;
Ali təhsil;
Microsoft Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
Əsas iqtisadi biliklər;
Dillər: Azərbaycan dili – sərbəst, Rus dili – əla, İngilis dili – orta;
Komanda ilə işləmə bacarığı;
Yazılı və şifahi özünü ifadə etmə bacarığı;
Satış bacarığı;
Ünsiyyətcil, düşüncələrini aydın və hərtərəfli ifadə edə bilən;
Servis və ehtiyat hissələrinin xidmətinə dair ümumi anlayış.
Vəzifə və öhdəliklər:
Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışını həyata keçirmək;
“PROMEXTECH AZ” MMC satış kanalında satış planları və hədəflərinə nail olmaq, müştəri sayının və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyət göstərmək;
Müştərilərin tələbatlarını öyrənmək və şirkətin məhsulları haqqında ətraflı və düzgün məlumat təqdim etmək;
Mövcud müştəri bazası ilə mütəmadi işləmək və əlaqələri inkişaf etdirmək;
Xüsusi müştərilər üzrə satışın artırılması istiqamətində təkliflər hazırlamaq;
Qiymət siyasətinin formalaşdırılmasında iştirak etmək, satışın təhlilini aparmaq və sənədlərin düzgün idarə olunmasını təmin etmək;
Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
Debitor borclarına nəzarət etmək və onların yığılmasını təmin etmək;
Rəqib şirkətlərin fəaliyyətini izləmək və bazar məlumatlarını təhlil etmək;
Korporativ qaydalara uyğun işgüzar yazışmalar və telefon danışıqları aparmaq;
Bazar potensialını analiz etmək və bazar imkanlarından səmərəli istifadə etmək;
Yeni müştərilərin cəlb olunmasını təmin etmək;
Proqram təminatından sistemli və səmərəli istifadə etmək;
Müştərilərlə danışıqları etik qaydalara uyğun aparmaq;
Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və həyata keçirilməsində fəal iştirak etmək.
İş şəraiti:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
Sınaq müddəti- 3 ay;
İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi;
Əmək haqqı: 2500 AZN NET;
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini qeyd olunan elektron ünvanına mövzu hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
PromexTech AZ
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12332
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer