Satış üzrə menecer

Bakı

Tam Ştat

Menecer

600 - 1.600 AZN

Yerləşdirilib 9 mart 2026

Son Tarix: 18 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

Daxil olan zəngləri və messencerlərdən (WhatsApp, Telegram v.d) gələn müraciətləri operativ şəkildə cavablandırmaq.

Müştərilərə çeşidlər, materiallar və çatdırılma müddətləri barədə nəzakətlə məlumat vermək.

Mövcud müştəri bazası ilə işləmək, maraqlanan şəxslərə özümüzü xatırlatmaq və satışların bağlanmasına kömək etmək (satış vəzifənin vacib hissəsidir!).

Müştəriləri ölçü götürülməsi üçün qeydiyyata almaq və ya dizaynerlərlə görüşlərini təyin etmək.

İş şəraiti:

Biz təklif edirik: Əmək haqqı: 700 AZN gross (satışdan bonuslar).

İş qrafiki: 6/1 saat 10:00-18:00-dək

Müasir ofisdə rahat iş şəraiti

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 23 - 27
Cins : Qadın
Tələblər:

Xoş görünüşlü xanım
Ali təhsil İş təcrübəsi
Müvafiq sahədə 3-5 ilə qədər;
Ofis proqramlarında işləmək bacarığı
Mebel sahəsində iş təcrübəsi arzuolunandır.

Kimləri axtarırıq:

Azərbaycan dilində (rus dili biliyi üstünlükdür) qrammatik düzgün yazmaq və xoş ünsiyyət qurmaq bacarığı.

İnsanlarla asanlıqla dil tapan və «satış» prosesindən çəkinməyən. Eyni anda həm çatda cavab yazıb, həm də ofisdəki müştəriyə diqqət ayırmağı bacaran. Estetik zövqə malik, mebel və dizayn sahəsinə marağı olan (bu sahədə təcrübə böyük üstünlükdür).

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10777

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer