Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Satış üzrə koordinator (Satışa dəstək üzrə mütəxəssis)

Satış üzrə koordinator (Satışa dəstək üzrə mütəxəssis)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin fasiləsiz və effektiv icrasına dəstək göstərir.

  • Satış fəaliyyətlərinin planlaşdırılması və təşkili proseslərində iştirak edir, satış metodologiyalarından istifadə edərək effektiv satış planlarının hazırlanmasına və icrasına dəstək göstərir.

  • Satış üzrə Baş Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların izlənməsi və s.).

  • Korporativ müştərilərlə görüşləri təşkil edir, görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır.

  • Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək göstərir.

  • Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və ilkin analitik təhlilində iştirak edir.

  • İş yükünü effektiv idarə edir, gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir.

  • Komanda və ya irəliləyiş görüşlərində iştirak edir, görülən işlər və yeniliklər barədə həmkarlarını məlumatlandırır.

  • Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək verir.

  • Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir və verilmiş tapşırıqların icrasını təmin edir.

  • Satış əməliyyatlarının icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə olunur.

  • Satış alətlərinin tətbiqində iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir.

  • Satış kampaniyalarının həyata keçirilməsində iştirak edir və tapşırılan fəaliyyətləri yerinə yetirir.

  • Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir.

  • Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə hazır olur və ezamiyyət çərçivəsində verilən tapşırıqları icra edir.

  • Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil (magistratura üzrə təhsil alan şəxslər də müraciət edə bilər).

  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır.

  • Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.

  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı.

  • CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı (təlim keçirilir).

  • Ünsiyyətcil, yüksək danışıq və təqdimat bacarığı.

  • Tapşırıqları düzgün prioritetləşdirmə və problem həll etmə bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.

  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )

  • Vakansiya növü: Tam ştat

  • İş yeri: “Bakinity Distribution” MMC

  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30 platformasından istifadə imkanı.

  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.

  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.

  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17713

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sistem üzrə memar (Sistem arxitektoru)

Tam Ştat

Struktur bölmə: Həllərin dizaynı,tətbiqi və mühəndislər şöbəsi Funksional tabeçilik: Şöbə müdiri Vəzifə öhdəlikləri: Satışöncəsi mərhələdə texniki layihələndirməyə rəhbərlik edir, Yüksək Səviyyəli Dizayn (HLD) sənədlərini hazırlayır, yüklərin hesablanmasını aparır və miqyaslana bilən, çevik və dayanıqlı optimal arxitektura həllərini müəyyən edir. Dell, Huawei (əsas vendor), eləcə də HPE, Cisco, Lenovo və SuperMicro məhsul xətləri üzrə dərin texniki ekspertizaya malikdir, avadanlıq və proqram təminatı üzrə spesifikasiyalar (BOM) hazırlayır. Server avadanlıqları, məlumat saxlama sistemləri (Storage), hiperkonvergent infrastruktur (HCI) və ehtiyat nüsxələmə sistemləri (BRS) üzrə müştəri tələblərinə uyğun kompleks həllər formalaşdırır. Əməliyyat sistemlərinin, virtuallaşdırma platformalarının və sistem proqram təminatının (Dell, HPE, Lenovo və s.) seçimini və lisenziyalaşdırılmasını həyata keçirir. Müştərilər və satış komandası ilə sıx əməkdaşlıq edir, tələbləri dəqiqləşdirir, təqdimatlar keçirir, texniki həlləri müdafiə edir və onların biznes dəyərini əsaslandırır. Satışöncəsi texniki materialları və HLD ilə bağlı sənədləri hazırlayır, texniki sualları cavablandırır və müştəri görüşlərində iştirak edir. Bazarı və texnoloji trendləri monitorinq edir, rəqiblərin təkliflərini təhlil edir, vendorların qiymət siyasətini nəzərə alaraq müştəri üçün maksimum əlavə dəyər yaradan (value-added) həllər təklif edir. Texniki spesifikasiyaların müştəri tələblərinə və Texniki Tapşırıq (TT) sənədlərinə uyğunluğunu yoxlayır, uyğunsuzluqları aşkar edir və qeyri-düzgün və ya natamam texniki təkliflər barədə aidiyyəti struktur bölmələri məlumatlandırır. CRM sistemində işləyir, texniki sənədləri, izahatlı qeydləri və müşayiətedici materialları hazırlayır. Vendor və tərəfdaşlıq proqramlarında iştirak edir, sertifikatların əldə olunması prosesində aktiv iştirak edir və həllərin tətbiqi (implementation) mərhələsində layihə komandalarına texniki konsultasiya göstərir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Ali təhsil. İT sahəsində iş bacarıqları – texniki biliklərə və İT sistemlərində təcrübəyə malik olmaq. Sistem inteqratoru və ya vendor mühitində Sistem arxitektoru kimi ən azı 5 il iş təcrübəsi. İnfrastrukturun (Serverlər, Məlumat Saxlama Sistemləri (MSS), hiperkonvergent mühitlər (HCI), ehtiyat nüsxələmə) arxitekturasının layihələndirilməsi və TŞ (Texniki Şərtlər) üzrə spesifikasiyaların hazırlanması təcrübəsi. Müasir serverlərin, MSS-in (SAN/NAS) arxitekturası, virtuallaşdırma və məlumatların mühafizəsi texnologiyaları haqqında güclü biliklər. Hesablamalar/ölçüləndirmə (sizing), Yüksək Səviyyəli Dizaynın (HLD) və texniki-kommersiya təkliflərinin hazırlanması bacarığı. Dell, Huawei, HPE, Cisco portfelləri üzrə biliklərə malik olmaq. Inspur və xFusion ilə iş təcrübəsi üstünlükdür. RFP/tender sənədləri ilə işləmək, CRM və texniki sənədləşmə bacarığı. Texniki həlləri  müştərinin texniki direktoruna  ( CTO)  və İT üzrə mütəxəssislərə təqdim və həlli  əsaslandırır. Dell / Huawei / Cisco / HPE sertifikatlarının olması üstünlükdür Azərbaycan və rus dillərini sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dilini bilməsi arzuolunandır). MS Office proqramı ilə sərbəst işləmə bacarığı. CRM ( Bitriks 24)  və 1C  ilə işləmə bacarığı. Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı. Komanda mühitində işləmək bacarığı. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrə və danışıq paketi. Push 30 platformasından endirimli şərtlərlə istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Tender üzrə aparıcı mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növünə uyğun olan tenderləri müəyyən edir və struktur bölmə rəhbərinə məlumat verir. Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmasını təmin edir. Müəyyən edilmiş son tarixlərə ciddi şəkildə əməl olunmasına nəzarət edir. Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır. Tender proseslərinə aid olan müqavilə, təqdimat, akt, protokol və digər sənədləri hazırlayır. Müəyyən edilmiş hesabatların hazırlanmasını və aidiyyəti üzrə vaxtında təqdim olunmasını təmin edir. Tenderin icrası ilə bağlı tələb olunan əlavələri və düzəlişləri vaxtında hazırlayır. Tender prosesində əsas şərtlər toplusunun tələbinə uyğun sənədlərlə bağlı yaranan suallara cavab verir və sorğuları cavablandırır. Tenderin icra vəziyyəti ilə bağlı struktur bölmə rəhbərini mütəmadi olaraq məlumatlandırır, problemlər yarandıqda dərhal xəbər verir. Tender sənədlərinin tamlığını, düzgünlüyünü və vaxtında təqdim olunmasını nəzarətdə saxlayır, sənədlərin arxivləşdirilməsi, elektron və fiziki bazada saxlanması prosesini həyata keçirir. Tenderlərlə bağlı daxil olan rəy və təklifləri toplayır və düzgün qərarların verilməsi üçün struktur bölmə rəhbərinə təqdim edir. Rəhbərliyin vəzifənin tələbi üzrə verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Əsas şərtlər toplusunun analizini aparır. Namizədə dair tələb olunan bilik və bacarıqlar: Ali təhsil Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunu üzrə yüksək səviyyədə bilik. Satınalan və podratçı tərəflər üzrə nəzəri və praktiki bilik və bacarıqlar. Ehtimal olunan qiymətlərin və iş həcmləri cədvəllərinin hazırlanması bacarığı. Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür. MS Office proqramları ilə sərbəst işləmə bacarığı. CRM (Bitrix24) və 1C proqramlarında iş təcrübəsi. Güclü ünsiyyət və təqdimat bacarıqları. Tapşırıqları düzgün prioritetləşdirmə və problemlərin effektiv həlli bacarığı. Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur. Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.