Satış üzrə kiçik mütəxəssis (Junior Sales Executive)
Tam Ştat
Başlanğıc Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
Titan Group sənaye soyutma sistemləri, sendviç panellər, iri həcmli mətbəx avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərə şirkətdir.
Hazırda satış komandamızı gücləndirmək üçün həvəsli və analitik düşüncəyə malik gənc satış əməkdaşları axtarırıq.
Vəzifə öhdəlikləri
Müştəri bazasının formalaşdırılmasında iştirak
Potensial müştərilərlə ilkin əlaqələrin qurulması
Kommersiya təkliflərinin hazırlanmasında dəstək
Satış hesabatlarının hazırlanması
Microsoft Excel və digər Office proqramları vasitəsilə analizlərin aparılması
CRM məlumatlarının işlənməsi və yenilənməsi
Satış komandası ilə koordinasiyalı işləmək
Tələblər
Ali təhsil (iqtisadiyyat, biznes, menecment üstünlükdür)
Microsoft Office proqramlarında (xüsusilə Excel) yaxşı işləmə bacarığı
Analitik düşüncə qabiliyyəti
Öyrənməyə və inkişaf etməyə yüksək motivasiya
Ünsiyyət və təqdimat bacarığı
Komandada işləmə bacarığı
Təcrübə tələb olunmur (üstünlükdür)
Namizədlər üçün 10 günlük intensiv training proqramı təşkil olunacaq.
Training müddətində:
Günorta yeməyi təmin olunur
Koroğlu metrosundan zavoda servis mövcuddur
Təlimi uğurla başa vuran namizədlər Titan Group satış komandasında işlə təmin olunacaqlar.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Titan Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8765
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə