Satış üzrə kiçik mütəxəssis

Tam Ştat

Orta Səviyyə

650 AZN-dən

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 24 mart 2026

Təsvir

Çinar Park Biznes Mərkəzinə “Satış üzrə kiçik mütəxəssis” tələb edilir.

İş şəraiti

  • İş yeri: Çinar Park Biznes Mərkəzi

  • İş rejimi: 6 günlük iş həftəsi

  • Əmək haqqı: 650 AZN

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə telefon və üzbəüz danışıqlar aparmaq.

  • Ofis və iclas otaqlarının təqdimatını etmək.

  • İcarə şərtləri barədə məlumat vermək.

  • Müqavilə prosesinə ilkin dəstək göstərmək.

  • Müştəri bazasının formalaşdırılması və idarə olunması.

  • Mövcud müştərilərlə əlaqələrin qorunması.

  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Tələblər

  • Təhsil dərəcəsi: Bakalavr

  • Xanım namizəd.

  • Səlis danışıq və yüksək ünsiyyət bacarığı.

  • Güclü təqdimat və satış bacarığı.

  • Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq.

  • Ofis proqramlarında işləmə bacarığı.

  • Satış və ya müştəri xidmətləri sahəsində təcrübə arzuolunandır.

Uyğun olan namizədlər CV-lərini mövzu yerinə “Satış üzrə kiçik mütəxəssis” yazmaqla qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9566

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə