Satış üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
400 AZN-dən
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 24 may 2026
Təsvir
Ali Təhsil
20-30 yaş (son kurs tələbələri də müraciət edə bilərlər)
Satış sahəsində min 6 ay iş təcrübəsi (satışda təcrübəsi olmayan lakin,karyerasını satış sahəsində qurmaq istəyən namizədlər müraciət edə bilər)
Azərbaycan dilində səlis danışıq, yüksək səviyyədə kommunikasiya və təqdimat bacarığı
Vaxtın düzgün idarə olunması və Analiz qabiliyyəti
Ambisiyalı, məsuliyyətli,yaradıcı, gülərüz və dinamik
Vəzifə Öhdəlikləri:
Müraciətçinin sorğularını ( mobil nömrə və sosial media platformaları üzərindən ) və ya istəklərini operativ olaraq cavablandırmaq,şirkətin fəaliyyət istiqamətləri və məhsulları haqqında ətraflı məlumat vermək
Müştəri bazasının daim yenilənməsi və mövcud müştəri bazası ilə mütamadi işləmək
Sosial media postları ilə bağlı təkliflərin verilməsi, ehtiyac olarsa fotoqraf və dizaynerlərlə postlarla bağlı müzakirələrin aparılması
Satışın həyata keçirilməsi və prosesin yekunlaşana qədər izlənilməsi
Müştəri məmnuniyyətinin qorunması, artırılması və məmnuniyyətin artırılması ilə bağlı təkliflərin verilməsi
Yeni satış kanalları ilə bağlı təkliflərin irəli sürülməsi
Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Müştərilərin ehtiyaclarını müəyyən edərək uyğun təlim və xidmətlərini təqdim etmək
Biz nə təklif edirik:
Karyerada inkişaf imkanı
Daxili təlim və tədbirlərdə ödənişsiz iştirak etmə imkanı
Geniş Networking
Pozitiv, gənc və enerjili komanda ilə çalışma imkanı
İş şəraiti
Ünvan: N.Nərimanov, Əhməd Rəcəbli küçəsi, Çinar Park Biznes Mərkəzi, bina 6, mərtəbə 5
İş Qrafiki: 09:00 - 18:00 ( 6 gün,15:00 –dək)
Əmək haqqı: 400 AZN (Bonus)
Maraqlanan namizədlər mövzu yerində "Satış üzrə kiçik mütəxəssis ” yazmaqla öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
HR Option
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15000
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə