Ana Səhifə
Vakansiyalar

Satış Təmsilçisi

Satış Təmsilçisi

Bakı,, Ziya, Bünyadov, 1965,, Çinar, Park, Biznes, Mərkəzi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 yanvar 2026

Son Tarix: 13 fevral 2026

Təsvir

"TexnoLab MMC" olaraq komandamızı genişləndirir və satış sahəsində özünə güvənən, enerjili və nəticəyə fokuslanan Satış Təmsilçisi axtarırıq.

Namizədin vəzifələri:

  • Daxil olan zəng və sorğuların operativ cavablandırılması;

  • Müştəri müraciətlərinin idarə edilməsi;

  • Müştəri ehtiyaclarının analizi və onlara ən uyğun "Texnolab" MMC-nin xidmətlərinin təklif olunması;

  • Xidmətlərin peşəkar təqdimatı və satışın uğurlu yekunlaşdırılması ;

  • Təlim qrafiklərinin koordinasiyası və təşkili prosesinə dəstək;

  • Mövcud və potensial müştəri bazası ilə davamlı əlaqələrin qurulması;

  • Gündəlik fəaliyyət və satış nəticələri barədə hesabatların hazırlanması.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Təcrübə: Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il təcrübə (arzulunandır);

  • Dil bilikləri: Azərbaycan dilində səlis nitq qabiliyyəti (Rus və ya İngilis dili biliyi üstünlükdür);

  • Kompüter bilikləri:

  • MS Office proqramlarından sərbəst istifadə;

  • Mühüm bacarıqlar: Yüksək ünsiyyət və inandırma qabiliyyəti, təqdimat bacarığı, detallara diqqət və analitik bacarıqlar.

Şəxsi keyfiyyətlər:

  • Gülərüz, punktual, komandada işləmə bacarığı və stresə davamlılıq.

  • Yaş həddi: 20 yaş və yuxarı

Bizim təkliflərimiz:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyat;

  • Peşəkar inkişaf üçün daxili təlimlər və mentorluq;

  • Real karyera yüksəlişi imkanları;

  • Dostyana və dəstəkləyici komanda mühiti.

İş qrafiki:

  • Saat: 10:00 – 19:00

  • Günlər: Həftədə 6 iş günü

  • Əmək haqqı: Razılaşma yolu ilə

  • Fəaliyyət göstərəcəyi ünvan: Z.Bünyadov 1965, Çinar park biznes mərkəzi, Bina 6.

CV-lərini mövzu hissəsində "Satış Təmsilçisi" qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4751

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə