Satış təmsilçisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 22 yanvar 2026
Təsvir
Şirkətimizin satış həcmini artırmaq və yeni müştərilərin cəlb olunması məqsədilə komandamıza Satış təmsilçisi axtarışına start verilir.
Əsas vəzifələr:
Şirkətə yeni müştərilərin cəlb edilməsi və satış prosesinin aktiv aparılması;
Qoyulmuş satış hədəflərinin icrası istiqamətində planlı iş aparılması;
Potensial və mövcud müştərilərlə görüşlərin keçirilməsi;
Satışla bağlı təşkil olunan daxili təlim və görüşlərdə iştirak;
Görüşlər zamanı şirkətin korporativ qaydalarına və satış siyasətinə əməl edilməsi;
Müştərilərdən daxil olan təklif və iradların aidiyyəti üzrə ötürülməsi;
Ay sonu keçirilən görüşlər və satış nəticələri üzrə hesabatların hazırlanması;
Satış prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.
Tələblər
Ali təhsil və ya bakalavr dərəcəsi;
Satış qabiliyyəti olan (bu sahədə 1 il təcrübəsi olan);
Azərbaycan dili yüksək səviyyədə (rus və ingilis dilləri arzuolunandır);
Güclü ünsiyyət və təqdimat bacarığı;
Məsuliyyətli, təşəbbüskar və komandada işləmək bacarığı;
MS Office proqramları ilə işləmə bacarığı;
Yaş həddi: 20–30 yaş.
Əgər qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində “Satış təmsilçisi” qeyd edilməsi mütləqdir.
Nəzərinizə çatdırırıq ki, yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Epoint
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3524
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə