Satış təmsilçisi

Tam Ştat

Menecer

500 AZN-dən

Yerləşdirilib 14 may 2026

Son Tarix: 14 iyun 2026

Təsvir

"Penguin Boya" mağazası Badamdar filialı üçün dinamik və satış sahəsində özünü inkişaf etdirmək istəyən namizədləri komandasına dəvət edir!

Təklifimiz:

  • Əmək haqqı: 500 AZN + satışdan bonus (faiz);

  • Qidalanma: Nahar şirkət tərəfindən təmin edilir;

  • Qeydiyyat: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

Əsas Öhdəliklər:

  • Mağazaya gələn müştərilərin qarşılanması və məhsullar haqqında dolğun məlumatın verilməsi;

  • Müştəri ehtiyaclarına uyğun boya və digər məhsulların seçimində köməklik göstərilməsi;

  • Satış hədəflərinin yerinə yetirilməsi;

  • Mağaza daxili məhsulların düzülüşünə və təmizliyinə nəzarət.

Namizədə dair tələblər:

  • Səlis və aydın danışıq qabiliyyəti;

  • Məsuliyyətli, nizam-intizamlı və gülərüz;

  • Satış sahəsində təcrübə arzuolunandır (təcrübəsi olmayan, lakin öyrənməyə həvəsli şəxslər də müraciət edə bilər).

İş Yeri və Ünvan:

  • Ünvan: Bakı Badamdar qəsəbəsi, "Qurd qapısı"nın yanı.

Maraqlanan şəxslər əlaqə saxlaya və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər:

Əlaqə nömrəsi: +994 10 250 54 07 - Əlaqədar şəxs: İR üzrə Menecer Orxan Cavadzadə.

Qeyd: Müraciət zamanı "Badamdar Satış Təmsilçisi" başlığını qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16101

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer