Satış təmsilçisi

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 5 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

“Ceylan” MMC “Satış təmsilçisi” vakansiyası elan edir.

Vəzifə və öhdəlikləri:

  • Təyin edilmiş gündəlik marşrut üzrə satış nöqtələrini ziyarət etmək.

  • Mağaza qalıqlarını analiz edərək ehtiyac olan məhsullar üçün sifarişlər toplamaq və sistemə daxil etmək.

  • Şirkətin satış hədəflərini (aylıq, rüblük) yerinə yetirmək.

  • Məhsulun Geri Qaytarılması: Mağazalarda aşkar olunan xarab, zədələnmiş və ya istifadə müddəti bitmiş məhsulların 1 təqvim ayı ərzində anbara geri qaytarılmasını təmin etmək.

  • Geri qaytarılan (xarab, yararsız və ya istifadə müddəti bitmiş) məhsullar üçün müvafiq iadə qaiməsinin aşkar olunduğu andan etibarən dərhal kəsilməsini, sənədlərin tam qaydasında olmasını və prosesin ləngimədən icrasını təmin etmək.

  • Nəzarət: Mağazalarda vaxtı bitməyə yaxın olan məhsulları öncədən müəyyən edib satışını sürətləndirmək.

  • Xidmət ərazisində olan yeni potensial satış nöqtələrini aşkar etmək və şirkətə cəlb etmək.

  • Müştəri bazasının genişləndirilməsi üçün daimi araşdırmalar aparmaq.

  • Məhsulların rəfdəki yerini və düzülüşünü təmin etmək.

  • Şirkətin kampaniyaları, endirimləri və yeni məhsulları barədə mağaza sahiblərinə ətraflı məlumat vermək.

  • Satış nöqtələrində yaranmış istənilən neqativ hallar (müştəri şikayətləri, rəqiblərin aqressiv kampaniyaları, məhsulun satışına mane olan amillər və s.) və fors-major vəziyyətlər haqqında birbaşa rəhbərini dərhal və operativ şəkildə məlumatlandırmaq.

İş qrafiki və Əmək haqqı:

  • İş saatı: 09:00 - 18:00;

  • Əmək haqqı 700 AZN (fix) + 900 AZN (bonus).

Tələblər

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;

  • 20 - 30 yaş arası;

  • Səliqəli xarici görünüş;

  • Səlis nitq bacarığı;

  • Fikirlərini aydın ifadəetmə bacarığı;

  • Ünsiyyətcil;

  • İnandırma qabiliyyəti;

  • Komanda ilə işləmə bacarığı;

  • Satış bacarığı;

  • Məsuliyyətli;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15754

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Merçendayzer

Tam Ştat

: Məhsulların müəyyən edilmiş planoqramlara (sxemlərə) uyğun olaraq rəflərdə düzülüşünü təmin etmək. "Birinci çıxan, birinci girər" (FEFO - First Expired, First Out) prinsipinə əsasən, vaxtı daha yaxın olan məhsulları ön sıraya çəkmək. Rəf payına (Share of Shelf) nəzarət etmək: Brendin rəfdəki yerinin digər rəqiblərdən geri qalmadığına əmin olmaq. Rəflərdə boşluqların (Out-of-Stock) yaranmasına yol verməmək; anbar qalıqlarını yoxlamaq və məhsulu rəfə vaxtında çıxarmaq. Məhsulların son istifadə tarixlərinə daimi nəzarət etmək və vaxtı keçmiş və ya zədələnmiş malları vaxtında satışdan kənarlaşdırmaq. Satış təmsilçisinə (Pre-seller) sifarişin verilməsi üçün qalıqlar barədə məlumat vermək. Hər bir məhsulun altında qiymət kağızının düzgün və görünən yerdə olmasına nəzarət etmək. Şirkətin təqdim etdiyi reklam materiallarını (stikerlər, wobbler-lər, stendlər) mağazada müvafiq yerlərdə quraşdırmaq. Aksiyada olan məhsulların xüsusi sahələrdə (palet, əlavə stendlər) ön plana çıxarılmasını təmin etmək. Gündəlik marşrut üzrə mağazaları ziyarət etmək və iş prosesini foto-hesabatlarla sənədləşdirmək (işdən əvvəl və sonra). Rəqiblərin qiymət dəyişiklikləri, yeni məhsulları və aksiyaları barədə rəhbərliyə məlumat vermək. Mağaza personalı ilə peşəkar münasibətlər quraraq, şirkətin maraqlarını qorumaq. Məhsulların və rəflərin təmizliyini (tozsuz olmasını) təmin etmək. Şirkətin korporativ geyim və davranış etikasına riayət etmək.

Satış təmsilçisi

Tam Ştat

Vəzifə və öhdəlikləri: Şirkət Məhsularının satışının təşkil edilməsi; Ərazisində olan Mağazalarda (Supermarketlər) məhsul ehtiyacının müəyyənləşdirilməsi; Ehtiyac müəyyənləşdikdən sonra sifarişin götürülməsi; Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi; Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi; Mağazalarda məhsulun düzülüşünə, səliqəli şəkildə görünməsinin (Merçendayzinq) təşkil edilməsi; Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi; Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi. İş qrafiki və Əmək haqqı: İş saatı: 09:00 - 18:00; Əməkhaqqı 700 AZN net + 900 AZN bonus (100% hədəf yerinə yetirildiyi halda) Namizədə qarşı tələblər: Satış sahəsində minimum 2 il iş təcrübəsi; Şəxsi avtomobilinin olması mütləqdir 20 - 30 yaş arası; Səliqəli xarici görünüş; Səlis nitq bacarığı; Fikirlərini aydın ifadəetmə bacarığı; Ünsiyyətcil; İnandırma qabiliyyəti; Komanda ilə işləmə bacarığı; Satış bacarığı; Məsuliyyətli; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göstərilən elektron poçt ünvanına və ya +994512112733 whatsapp nömrəsinə göndərə bilərlər.