Satış təmsilçisi

Bakı,, Bakı,, N.Yusifbəyli, 42C

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 26 aprel 2026

Təsvir

Şirkətimiz showroom üçün satış məsləhətçisi axtarır. Fəaliyyət sahəmiz quraşdırılan mətbəx texnikasıdır və bu istiqamətdə çalışan əməkdaşlar yalnız satışla deyil, eyni zamanda mətbəx mebeli, texniki uyğunluq və düzgün seçim prinsipləri ilə də tanış olurlar.Şirkət daxilində əməkdaşlara etibar və sərbəst işləmə mühiti təqdim olunur. Bu səbəbdən vəzifə özünü idarə etməyi bacaran, məsuliyyətli və öyrənməyə açıq insanlar üçün daha uyğundur.Məqsədimiz sadəcə satış həyata keçirən əməkdaş deyil, zamanla komandaya real dəyər qatan və etibar olunan komanda üzvləri formalaşdırmaqdır.

Vəzifə öhdəlikləri

  • Showrooma müraciət edən müştərilərə məhsulların təqdimatı

  • Müştərinin ehtiyacına uyğun mətbəx texnikasının seçilməsinə kömək etmək

  • Məhsulların texniki xüsusiyyətlərini və üstünlüklərini izah etmək

  • Satışı bağlamaq və sifarişləri rəsmiləşdirmək

  • Müştərilərlə peşəkar ünsiyyət qurmaq

  • Rəhbərliyin verdiyi tapşırıqları  vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

  • Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi

  • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması

  • Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə

Tələblər

  • Satış təcrübəsi arzu olunandır

  • Ünsiyyət və təqdimat bacarıqları

  • MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti

  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli, nizam-intizamlı olması vacibdir.

  • Azərbaycan dili səlis, rus dili bilikləri üstünlükdür

İş şəraiti

  • İş qrafiki: 6 gün saat 10:00 – 19:00

  • Şirkət daxili təlim və inkişaf imkanları

  • Karyera yüksəlişi imkanı

  • İş yeri: Bakı, N.Yusifbəyli küç.42C

Qeyd: Bu vəzifədə əməkdaşlara müəyyən sərbəstlik verilir. Buna görə də özünü idarə edə bilən, təşəbbüskar və məsuliyyətli namizədlər daha uğurlu olur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11514

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə