Satış Rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

“Azera Holding” üçün Satış Rəhbəri vakansiyası üzrə namizəd axtarılır

Vəzifə öhdəlikləri:

  • Effektiv planlama və düzgün qiymət siyasəti ilə holdinqin biznes vahidlərinin satış hədəflərinin müəyyən edilməsi;

  • Holdinqin tərkibinə daxil olan biznes vahidlərinin müxtəlif fəaliyyət istiqamətləri üzrə satışın təşkili, ümumi satış strategiyasının hazırlanması və icrası;

  • Holdinqin biznes vahidlərinin satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması;

  • Satış komandasının idarə edilməsi və motivasiyası;

  • Satış komandasının işinə nəzarət, performansın qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqi;

  • Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi;

  • Daxili və xarici bazarın araşdırılması, satışın həyata keçirilməsi üçün bütün kanallardan istifadə edilməsi;

  • Satış üzrə təqdimat və təkliflərin hazırlanması;

  • Satış nümayəndələri üçün düzgün satış hədəflərinin müəyyən edilməsi;

  • Holdinqin biznes vahidlərinin məhsul və qiymət planlamasının hazırlanması;

  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;

  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim olunması;

  • Rəqib fəaliyyətləri haqqında əldə edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələrlə görüşərək tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;

  • Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətin həyata keçirilməsi;

  • Tabeçiliyində olan işçilərin iş planına və gündəlik proqrama uyğun çalışıb-çalışmadıqlarına nəzarət;

  • Tabeçiliyində olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərlə xidmətə nəzarət;

  • Satış nöqtələrinin monitorinqini təşkil etmək və müəyyən edilən problemlərin həll edilməsi;

  • Ünsiyyət, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları;

  • Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədilə gündəlik satış məlumatlarının təhlil edilməsi.

Tələblər

  • Ali təhsil (biznes, marketinq, iqtisadiyyat, biznesin idarəedilməsi sahələri üzrə arzuolunandır);

  • Satış və idarəçilik sahəsində ən az 3 il təcrübə;

  • MS Office proqramlarında baza bilikləri, 1C və Excel bilikləri yüksək səviyyədə;

  • Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili – səlis, ingilis dili – arzuolunandır;

  • B kateqoriyalı avtomobili idarə etmə bacarığı;

  • Ünsiyyət qurmaq və inandırmaq qabiliyyəti, səlis danışıq bacarığı;

  • Komanda idarəetmə və liderlik qabiliyyəti;

  • Analitik düşünmə və nəticəyönümlü yanaşma.

İş şəraiti

  • Əmək haqqı: müsahibə əsasında təyin ediləcək

  • İş qrafiki: 6 günlük

CV-nizi “Satış Rəhbəri” mövzusu, şirkətin adı qeyd olunmaqla qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .

Necə Müraciət Etmək Olar

Azera Holding

Azera Holding

Finance

Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14804

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya