Satış mütəxəssisi / BYD Bakı Mərkəzi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Avtomobil satış mütəxəssisi, şəxsi və kommersiya məqsədləri üçün avtomobillərin satışına cavabdehdir. Satış mütəxəssisi kimi işiniz, müştərilərin ehtiyac və istəklərini müəyyən edərək, onlara büdcə və tələblərinə uyğun ən doğru avtomobil seçimlərini təklif etməkdən, potensial alıcılarla peşəkar ünsiyyət qurmaq, onları düzgün istiqamətləndirmək və satış prosesini uğurla tamamlamaqdan ibarətdir.
Əsas məsuliyyətlər:
Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və cari kampaniyalar haqqında ətraflı məlumat vermək
Hər bir müştəriyə fərdi yanaşaraq ehtiyaclarını analiz etmək, uyğun məhsulu təqdim etmək və satış prosesini başından sonunadək peşəkarlıqla idarə etmək
Satış menecerinin tapşırıqlarını vaxtında icra etmək; ehtiyac yarandıqda aidiyyəti tədbir və sərgilərdə şirkəti layiqincə təmsil etmək
Müştəri tələbatını öyrənmək və bazar araşdırması apararaq, satış planını yerinə yetirmək, yeni müştərilər cəlb etmək və hədəflərə çatmaq üçün təkliflər irəli sürmək
Satış heyəti ilə birgə satış hesabatlarını (günlük - həftəlik - aylıq - illik) hazırlamaq
Əsas bacarıqlar/Keyfiyyətlər:
Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir
Daha öncə avtomobil sənayesində, satış mütəxəssisi kimi iş təcrübəsinin olması üstünlükdür
Avtomobil satışı sahəsində təcrübə və avtomobillərin texniki xüsusiyyətləri barədə təməl biliklər
Güclü şifahi ünsiyyət, təqdimat və inandırma bacarığı
Müştəri məmnuniyyətinə yönümlülük, təmkinlilik, stresə davamlılıq və komandada işləmək bacarığı
İş şəraiti
İş qrafiki: Bazar ertəsi - Cümə 10:00 -18:00, Şənbə: 10:00 - 15:00
Əmək haqqı namizəddən asılı olaraq dəyişir.
Bu vəzifəni yerinə yetirmək üçün lazım olan biliyə, bacarığa və təcrübəyə malik olduğunuzu düşünürsünüzsə, (mövzu hissəsində “Satış mütəxəssisi” qeyd etməklə) qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Ev Sarda MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18601
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə