Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Satış Mütəxəssisi (Avropa və Türkiyə Universitetləri üzrə)

Satış Mütəxəssisi (Avropa və Türkiyə Universitetləri üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 22 iyun 2026

Təsvir

EDDE Global komandasına iki ayrı istiqamət üzrə Satış Mütəxəssisi axtarışındayıq:

  • Satış Mütəxəssisi — Avropa universitetləri üzrə

  • Satış Mütəxəssisi — Türkiyə universitetləri üzrə

Əgər təhsil sahəsinə marağınız varsa, insanlarla işləməyi sevirsinizsə və karyeranızı dinamik bir mühitdə qurmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

Vəzifə öhdəlikləri:

  • Müraciət etdiyiniz istiqamət (Avropa və ya Türkiyə) üzrə universitetlərdə təhsil almaq istəyən namizədlərə məsləhət xidmətinin göstərilməsi

  • Müraciətdən müqaviləyə qədər satış prosesini idarə etmək

  • Müştəri bazasını CRM-də idarə etmək

  • Aylıq satış hədəflərinə nail olmaq

  • Təhsil sərgilərində və tədbirlərdə şirkəti təmsil etmək

  • Komanda və digər şöbələrlə sıx əməkdaşlıq

Tələblər

  • Ali təhsil

  • Azərbaycan və türk dillərini səlis bilmək; ingilis dili biliyi (xüsusilə Avropa istiqaməti üçün)

  • Güclü ünsiyyət, inandırma və danışıqlar aparma bacarığı

  • Nəticəyə yönəlik, məsuliyyətli və komandada işləmək bacarığı

  • MS Office proqramları və CRM sistemləri ilə işləmək bacarığı

  • Avropa və Türkiyə təhsil sistemi haqqında ümumi məlumat üstünlükdür

Biz təklif edirik:

  • Rəsmi əmək müqaviləsi

  • 5 günlük iş həftəsi, ofisdə tam ştat iş rejimi

  • Əmək haqqı: razılaşma yolu ilə (+ satış bonusları)

  • Peşəkar inkişaf və təlim imkanları

  • Beynəlxalq təhsil mühitində karyera yüksəlişi

CV-nizi qeyd olunan elektron poçt ünvanına "Satış Mütəxəssisi - Avropa və ya Satış Mütəxəssisi - Türkiyə" mövzusu ilə göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17836

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya