Ana Səhifə
Vakansiyalar

Satış Mütəxəssisi

Satış Mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 18 yanvar 2026

Son Tarix: 16 fevral 2026

Təsvir

Namizədə olan tələblər:

  • Ali təhsil (biznes, iqtisadiyyat, marketinq və ya oxşar sahələr üstünlükdür);

  • Satış sahəsində minumum 5 il təcrübə;

  • B2B satış təcrübəsinə malik;

  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;

  • Azərbaycan dili biliyi əla səviyyədə, ingilis və ya rus dili biliyi;

  • Yüksək səviyyədə danışıqlar aparmaq və münasibətlər qurmaq bacarığı;

  • Təqdimat hazırlamaq və təqdim etmək bacarıqları;

  • Məsuliyyətli, təşəbbüskar, nəticəyə yönəlik və komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi;

  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;

  • Şirkətin satış həcminin artırılması yönündə tədbirlərin görülməsi, rəhbərliyə təkliflərin verilməsi;

  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, müştəri məmnuniyyətinin və loyallığın qorunub saxlanılması;

  • İş fəaliyyəti ilə əlaqədar rəhbərliyin verdiyi digər tapşırıqların vaxtı-vaxtında yerinə yetirilməsi;

  • Satış sonrası proseslərin izlənməsi və müştəri məmnuniyyətinin təmin edilməsi;

  • İş fəaliyyəti ilə əlaqədar hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

  • Yeni məhsulların müştərilərə təqdim olunması;

  • Müştəri şikayətlərinin və sorğularının cavablandırılması, aidiyyəti şəxslərə yönləndirilməsi.

Şirkət təklif edir:

  • Stabil əmək haqqı + bonus sistemi

  • Rəsmi əməkdaşlıq

  • Təlim və inkişaf imkanları

  • Karyera yüksəlişi perspektivi

İş şəraiti

  • İş yeri: Bakı

  • İş qrafiki: Tam iş günü (09:00-18:00 iş qrafiki)

  • Həftədə 5 gün

  • Maaş: 1500-2500 AZN

Maraqlanan namizədlər öz CV-lərini +994 51 311 17 17 nömrəsinə göndərə və qeyd olunan nömrə ilə əlaqə yarada bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#5113

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə