Satış mütəxəssisi
Bakı,, Jeyhun, Hajibeyli, 181
Tam Ştat
Orta Səviyyə
700 - 1.400 AZN
Yerləşdirilib 14 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
Komandada işləmə bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Satış texnikası haqqında biliyin olması;
Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
Vəzifə öhdəlikləri:
1. Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
2. Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
3. Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
4. Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
5. Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
6. Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
7. Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
Korporativ əlaqələrin qurulmasında iştirak
Şərtlər:
AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
Həftə ərzində 6 günlük iş qrafiki.
İş saatı:Növbəli 10:00-18:00; 10:00-20:00
Əmək haqqı: Fix + bonus hissələrdən ibarətdir
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi ”sözlərini qeyd edərək info"selection.az e-ünvanına göndərsinlər.
Necə Müraciət Etmək Olar
Selection Gallery
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16460
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə