Satış mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 9 may 2026
Təsvir
Şirkətin inkişaf strategiyasına uyğun olaraq, AGZ MMC kommersiya komandasını genişləndirir və iri həcmli layihələrdə iştirak edəcək, yüksək dəyərli B2B (B2C qismən) əməkdaşlıqları inkişaf etdirəcək təcrübəli satış mütəxəssisi axtarır.
Əsas vəzifələr:
Premium tikinti sistemlərinin developerlərə, podratçılara və memarlara satışı
Tikinti sektorunda yeni biznes imkanlarının müəyyən edilməsi və inkişafı
Əsas qərarverici şəxslərlə uzunmüddətli əlaqələrin qurulması və saxlanılması
Satış prosesinin tam idarə olunması (lead mərhələsindən müqavilənin bağlanmasına qədər)
Fərdi kommersiya və texniki təkliflərin hazırlanması
Məhsul və həllərin təqdimatının keçirilməsi
Texniki komanda ilə əməkdaşlıq edərək optimal həllərin təqdim edilməsi
Bazarın izlənməsi və strateji imkanların müəyyən edilməsi
Tələblər
B2B satış sahəsində minimum 1 il iş təcrübəsi (tikinti, mühəndislik və ya tikinti materialları sahəsi üstünlükdür)
Developerlər, podratçılar, dizaynerlər və ya memarlıq şirkətləri ilə iş təcrübəsi
Orta və yüksək dəyərli müqavilələrin bağlanması üzrə uğurlu təcrübə
Güclü ünsiyyət, danışıqlar və təqdimat bacarıqları
Texniki məhsul və həlləri anlama qabiliyyəti
MS Office üzrə biliklər
Azərbaycan dilini sərbəst bilmək mütləqdir, İngilis dili danışıq səviyyədə üstünlükdür.
Təklif edirik:
Yüksək gəlir potensialı olan rəqabətli əməkhaqqı (sabit maaş + limitsiz bonus sistemi)
Hədəflərin aşılması üçün əlavə bonuslar
Premium Avropa brendləri və yüksək səviyyəli layihələrlə işləmək imkanı
Böyük və texniki baxımdan mürəkkəb layihələrdə iştirak
Karyera inkişafı imkanı
Peşəkar və dinamik iş mühiti
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
Ünvan: Bakı şəhəri, Salyan şossesi 14-cü km, "İpək Yolu" Gömrük Terminalı yaxınlığıMüraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
AGZ MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13105
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə