Satış mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 30 mart 2026

Son Tarix: 24 aprel 2026

Təsvir

Namizəddən tələblər:

  • Ali təhsil - Marketinq, biznes idarəçiliyi, menecment və humanitar ixtisaslardan məzun olan namizədlər üstünlük veriləcək.

  • Satış sahəsində minimum 1-3 il iş təcrübəsi (tibb və ya stomatologiya sahəsində təcrübə üstünlükdür).

  • Yüksək ünsiyyət və təqdimat bacarığı.

  • Səlis Azərbaycan dili (rus dili arzuolunandır).

  • Komandada işləmək bacarığı.

  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

  • MS Office proqramlarında (xüsusi ilə excel) işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Mərkəzə müraciət edən pasiyentləri qarşılamaq, ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər barədə ətraflı və aydın məlumat təqdim etmək.

  • Həkim tərəfindən tərtib olunan müalicə planını pasiyentə izah etmək, prosedurların üstünlüklərini və mərhələlərini təqdim etmək.

  • Müalicə planlarının satışını həyata keçirmək və pasiyentin qərar vermə prosesini düzgün yönləndirmək.

  • Aylıq və həftəlik satış planlarının icrasını təmin etmək.

  • Mövcud pasiyent bazası ilə müntəzəm əlaqə saxlamaq, təkrar müraciətləri və loyallığı artırmaq.

  • Yeni pasiyentlərin cəlb olunması üçün aktiv satış təşəbbüsləri göstərmək (zənglər, mesajlar, təqdimatlar və s.).

  • Klinikada keçirilən kampaniya və endirimlər barədə pasiyentləri məlumatlandırmaq.

  • Pasiyent etirazlarını və tərəddüdlərini peşəkar şəkildə idarə etmək.

  • CRM sistemində pasiyent məlumatlarını dəqiq və vaxtında qeyd etmək.

  • Rəhbərliyə gündəlik və aylıq satış hesabatları təqdim etmək.

İş haqda məlumat:

  • İş qrafiki –  İş günləri, iş saatları

  • Əmək haqqı 700-800 Azn + satış bonusu

  • Ünvan – Mirəli Qaşqay 49

Əlaqə +99451 822 33 38

Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərib, mövzu hissəsində “Satış mütəxəssisi” yazaraq müraciət edə bilərlər. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12074

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə