Satış məsləhətçisi (elektronika)

Bakı

Tam Ştat

Menecer

600 AZN-dən

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

Vəzifələr və məsuliyyətlər

  • Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması.

  • Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək

  • Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək.

  • Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək.

  • Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq.

  • Müştəri şikayət və sorğularını cavablandırmaq.

  • Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək.

  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

  • Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək.

  • Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq.

Tələblər

Tələb edilən bacarıqlar və təhsil

  • Orta ixtisas təhsilli.

  • Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır.

  • Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq.

  • Azərbaycan və rus dilləri sərbəst,  ingilis dilini bilmək üstünlükdür.

  • 1C proqramında işləmə bacarığı.

  • Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları.

  • Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı.

  • Problemləri həll etmə və qərarvermə bacarığı.

  • Komanda ilə işləmə və təşəbbüskarlıq.

İş saatları və əmək şərtləri

  • Əmək haqqı: 600 AZN (+ bonus)

  • İş qrafiki: Növbəli iş qrafiki.

  • Baş ofis: H.Əliyev pr.152, Çinar Plaza

Uyğun namizədlər CV fomalarını qeyd olunan elektron poçt ünvanına mövzu hissədə “Satış məsləhətçisi” qeyd edərək göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

My Group Holding MMC

My Group Holding MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12659

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Merçendayzer

Tam Ştat

Vəzifə: Merçendayzer (My Grocery MMC) 1. Vəzifələr və məsuliyyətlər: Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək; Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək; Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək; Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq; Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq; Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək; Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək; Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək; Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. 2. Tələb edilən bacarıqlar və təhsil: Orta ixtisas və ya ali təhsil (satış, marketinq, biznesin idarə edilməsi və ya oxşar sahələr üzrə təhsil üstünlükdür); Müvafiq sahə üzrəminimum 2–3 il iş təcrübəsi; Ofis proqramlarından (MS Excel, Word və s.) istifadə bacarığı; Satış nöqtələrində məhsulların sərgilənmə texnikaları üzrə biliklər; Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı; Dəyişkən iş mühitinə adaptasiya qabiliyyəti; Daxili nizam-intizam qaydalarına əməl etmə bacarığı; Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq. Əmək haqqı:  800 AZN ****İş qrafiki:I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazar İş yeri:   H. Əliyev pr. 152, Çinar Plaza Uyğun namizədlər CV-lərini hr@myshops.azelektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.

Bakı,, Çinar, Plaza,, Heydər, Əliyev, prospekti, 152.