Satış məsləhətçisi (Ağstafa)

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 8 mart 2026

Son Tarix: 18 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;

  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;

  • Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;

  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;

  • Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Növbəli;

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;

  • Şirkət daxili təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi imkanı;

  • Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

Tələblər

  • Azərbaycan dilini səlis, rus dili arzu olunandır;

  • Satış təcrübəsi arzu olunandır;

  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;

  • Satış qabiliyyəti.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10717

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sifarişlərin bölgüsü üzrə mütəxəssis (Mebel üzrə)

Tam Ştat

Vəzifə öhdəlikləri: Sistem üzrə daxil olan sifarişlərin analizi, eləcə də kateqoriya, ərazi və icra tarixləri üzrə bölgülərin aparılması; Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması; Texniklərin, ustaların gündəlik olaraq ərazilər üzrə təyin olunması, həmçinin, işlərin kənar xidmət göstərən ustalara, briqadalara bölgü edilməsi; Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi, zərurət yarandıqda müştərilərlə əlaqənin qurulması, məlumatların təqdim olunması; Çatışmayan məlumatların daxil edilməsi üçün aidiyyəti üzrə yönləndirilməsi; Təhvil verilmiş və icra olunmamış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması, sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi; Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında sifarişlərə aid sənədlərin və məlumatların təqdim olunması; Məhsul, avadanlıq və ehtiyat hissələrinin vaxtı-vaxtında sifarişi və qalığa nəzarət edilməsi, xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması; Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi, işlə bağlı yazışmaların aparılması; Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət eyni zamanda nəqliyyat vasitələr üçün lazımi sənədlərin ( etibarnamə, yol vərəqəsi və s.) hazırlanması üçün müraciətlərin göndərilməsi; Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, hesabatların hazırlanlanıb, təqdim olunması.