Satış məsləhətçisi
Bakı
Tam Ştat
Orta Səviyyə
700 - 900 AZN
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 22 mart 2026
Təsvir
PAY Group MMC , Fortex.az 2011-ci ildən etibarən Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdır. Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk, bu səbəbdən müştəri məmnuniyyəti bizim üçün mühüm əhəmiyyət daşıyan bir anlayışdır.
Şirkətimiz və insan resursları arasındakı qarşılıqlı dürüstlük bizim üçün ən əsas faktorladan biridir. Peşəkar əməkdaşlardan ibarət komandamıza yeni istedadların qoşulması və onların daima inkişafı şirkət strategiyamızın əsasını təşkil edir.
Vəzifənin adı: Satış Məsləhətçisi (Fortex showroom)
2011-ci ildən etibarən PAY Group MMC-nin tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən Fortex sərgi salonuna satış üzrə mütəxəssis axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:
Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi;
Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
Müştəri ehtiyaclarının müəyyən edilməsi və müvafiq həllərin tövsiyyə edilməsi;
Peşəkar şəkildə müştərilərə xidmət göstərilməsi;
Səbr və anlayış göstərərək mövcud problemlərin həll edilməsi;
Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
İş şəraiti:
İş qrafiki: Həftənin 6 günü;
İstirahət günü: Bazar;
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı: 700-900 AZN
Tələblər
Təhsil : Orta xüsusi
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 21 - 35
Vəzifə üzrə əsas tələblər:
Orta və ya ali təhsil;
Satış sahəsində 1 ilədək iş təcrübəsi mütləqdir (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük veriləcək);
Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir
Yaş həddi 21-35 yaş arası;
Vakansiya xanım namizədlər üçün nəzərədə tutulub.
Necə Müraciət Etmək Olar
PAY Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8421
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə