Satış məsləhətçisi
Bakı
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 5 fevral 2026
Təsvir
Tələblər
Bəy namizəd
Yaş həddi: 20-35 yaş
Ali təhsil
Satış və ya müştəri xidməti sahəsində 3 il iş təcrübəsi
MS Office (əsasən Excel, Word, 1C və Outlook)
Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
Müştəri məmnuniyyətini təmin etmə bacarığı
Satış texnikaları, işgüzar ünsiyyət etiketi və danışıqlar üzrə bilik və bacarıqlar
Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
Komandada işləmək bacarığına malik olan
Öhdəliklər:
Müştəriləri gülərüz və nəzakətlə qarşılamaq
Məhsulların çeşidi və qiymətləri, mövcudluğu, texniki göstəriciləri, istehsalçı barədə məlumat, saxlanma şəraiti və müddəti, istehsal texnologiyası, çatdırılma vaxtı və digər suallar üzrə məsləhətlərin alıcılara verilməsini təmin etmək
Müştərinin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və xidmətlər üzrə ətraflı məsləhət vermək
Carı marketinq tədbirləri, aksiya və kampaniyalar, mövcud olan ödəniş qaydaları haqqında məlumat verib, mövcud olmayan malların alternativlərinin alıcılara təklif edilməsini təmin etmək
İş məlumatlarını və satış əməliyyatlarını 1C məlumat bazasında tam şəkildə, düzgün və vaxtında qeydiyyata almaq
Malların satışa hazırlığının təşkil edilməsini təmin etmək (malın anbardan sifarişi, onun anbardan gətirilməsi və müştəriyə çatdırılmasına nəzarət)
Sərgi zalında malların daimi mövcudluğunu və çeşidlənməsini təmin etmək
Daxil olan telefon zənglərinin təlimata əsasən cavablandırılması, məhsul və xidmətlər haqqında tam və etibarlı məlumatların verilməsini təmin etmək
Müştəri şikayət və təkliflərini qəbul etmək, operativ şəkildə həllinə dəstək olmaq
Daxili qaydalara, iş qrafikinə və uniforma tələblərinə əməl etmək
İş şəraiti:
Rəsmi əmək müqaviləsi
İş saatı: 09:00-18:00 və 12:00-21:00 (növbəli)
Nahar şirkət tərəfindən qarşılanır;
Peşəkar inkişaf və karyera imkanı
İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi
İş yeri: Babək pr., M.H.Kazımov küç., 8 və ya Badamdar qəs., M.Müşfiq küç., 2A
Əmək haqqı: 500 AZN (sabit) + satışdan bonus
Şirkət: Radius Təkər Mərkəzi
Maraqlanan namizədlər CV-ni “Satış məsləhətçisi" mövzusu ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Radius
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4333
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə